İşin təsviri
- Şirkət daxilində müəyyən edilmiş sənəd formatlarına və sənədlərin mübadiləsi standartlarına riayət olunmasına nəzarət etmək;
- Sənədlərin nömrələnməsi və identifikasiyasını müəyyən edilmiş kodlaşdırma sisteminə uyğun həyata keçirmək;
- Aconex platformasında sənədlərin yüklənməsi, qeydiyyatı, paylaşılması və izlənilməsini həyata keçirmək;
- Yeni əməkdaşlar üçün Aconex istifadəçi hesablarının yaradılması, platformalara cəlb edilməsinin təmin edilməsi;
- Aconex platformasında yaranan texniki və funksional problemlərin araşdırılması və həll edilməsi;
- Document Tracking platformasında prosedurların yenilənməsi, forma sənədlərinin hazırlanması, platformaya yüklənməsi və təsdiq prosesinə yönləndirilməsinin həyata keçirilməsi;
- Yeni layihələr və biznes tələblərinə uyğun olaraq standart (default) iş axınlarının (Workflow) hazırlanması, tətbiqi və icrasına nəzarətin təmin edilməsi;
- Platformaların idarə olunması, istifadəçi sorğularının cavablandırılması və sistemlərin fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədilə davamlı dəstəyin göstərilməsi.
Tələblər
- Ali təhsil: Müvafiq ixtisas üzrə ali təhsil;
- İş təcrübəsi: Sənədlərə nəzarət şöbəsində azı 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yaxşı, Rus dili – arzuolunandır;
- Kompüter bacarıqları: MS Office, Aconex, 1C;
- Yüksək səviyyədə işgüzar yazışma bacarığı;
- Komandada işləmək və ünsiyyət bacarığı.