İşin təsviri
- Layihə ofislərinin gündəlik fəaliyyətinin təşkili;
- Şirkət avtomobillərinin alqı-satqısının təşkili;
- Layihə sahələrində ofislərin təşkil olunması, sahə ofislərində inzibati fəaliyyətin təmin edilməsi;
- Sahə ofislərinin fəaliyyəti üçün lazım olan avadanlıqlar, texnika, mal və materialların təminatı üçün dəstək göstərir;
- Zəruri ofis ehtiyyatlarının planlaşdırılması, təchizatla bağlı sifarişlərin yerləşdirilməsi və müvafiq xərclərin müəyyənləşdirilməsi;
- Layihə ofisləri üçün lazım olan qida-içki ehtiyatlarının, təmizlik və digər ofis ləvazimatlarının təmin olunması;
- Təchizat şöbəsi tərəfindən alınan avadınlaqların, texniki vəsaitlərin, mal və materialların anbarda saxlanmasını, qeydiyyatını, tələbat üzrə sifarişçilərə çatdırılmasını həyata keçirir;
- Layihə ofisləri ilə bağlı xərclərin qeydiyyatı və büdcəyə nəzarət;
- Layihələr üzrə inventar səviyyəsinin müəyyən edilməsi və nəzarəti;
- Korporativ tədbirlərlə bağlı işlərdə yardımçı olmaq;
- Nəqliyyat Koordinatoru ilə birlikdə şirkət üçün nəqliyyat vasitələrinin satın alınmasının və satışının həyata keçirilməsi. Lazımi qeydiyyatların aparılması, həmçinin lazımi sənədlərin yoxlanması və təşkil edilməsi: sığorta, etibarnamə, texniki pasport və s.;
- Fəaliyyət və xərclər barədə aylıq hesabatların tərtib edilməsi;
- Zərurət yarandıqda, inzibati işlər üzrə digər mütəxəssislərin işlərində yardımçı olmaq.
Tələblər
- Ali təhsil: Müvafiq sahə üzrə ali təhsil;
- İş təcrübəsi: Oxşar vəzifə öhdəlikləri ilə azı 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yaxşı, Rus dili – arzuolunandır;
- Kompüter bacarıqları: MS Office proqramları, 1C – arzuolunandır;
- Yüksək təşkilatçılıq və ünsiyyət bacarığı;
- Vaxtın səmərələli istifadəsi və işləri prioritetləşdirmək bacarığı.