Gözətçi (Mingəçevir)

İşin təsviri

Müəssisənin ərazisinin, əmlakının və maddi dəyərlərinin mühafizəsini təmin etmək;

Buraxılış və obyektdaxili rejimə nəzarət etmək, əməkdaş və qonaqların giriş-çıxışını yoxlamaq;

Gələn qonaqları qarşılamaq və müvafiq bölmələrə yönləndirmək;

Obyektə daxil olan və çıxarılan material, məhsul və nəqliyyat vasitələrinin yoxlanılmasını həyata keçirmək;

Təhlükəsizlik sistemlərindən (kamera, siqnalizasiya və s.) düzgün istifadə etmək;

Şübhəli hallar, qayda pozuntuları və fövqəladə vəziyyətlər barədə rəhbərliyi məlumatlandırmaq;

Yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və daxili intizam qaydalarına riayət etmək

Tələblər

Vakansiya yalnız bəy namizədlər üçün nəzərdə tutulub;

Orta təhsil tələb olunur, orta texniki təhsil üstünlükdür;

Mühafizə və ya təhlükəsizlik sahəsində minimum 1 il iş təcrübəsi (istehsalat təcrübəsi üstünlükdür);

Təhlükəsizlik və obyektə nəzarət prosedurları üzrə bilik;

Müşahidə, problem həll etmə və operativ qərarvermə bacarığı;

Güclü ünsiyyət, diqqətlilik və məsuliyyətlilik;

Komanda ilə işləmək və rəhbər tapşırıqlarını icra etmək bacarığı;

Fiziki cəhətdən sağlam, növbəli iş rejimində işləməyə hazır olmaq;

Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək.