İşin təsviri
- Anbarlarda müqavilə əsasında icarəyə götürülən və şirkətə məxsus qurğu və avadanlıqları, operatorları və işçi qüvvəsini səmərəli və effektiv şəkildə əlaqələndirmək, ayırmaq və nəzarətdə saxlamaq;
- Tapşırıqları müvafiq qaydada qəbul etmək, siyahılaşdırmaq və onları anbar işçiləri arasında bölüşdürmək;
- Bütün satın alınan, tələb olunan və buraxılan materialların, avadanlıqların və alətlərin qeydiyyatının proqram təminatında materiallara nəzarət və anbar sahəsinin fəaliyyətini tam əhatə etməsini təmin etmək;
- Bütün mədaxil və məxaric olan materialların, avadanlıqların və alətlərin sifarişlərinin dəqiqliklə hazırlanıb və fayllarda saxlanmasını təmin etmək;
- Anbarda saxlanmalı olan bütün materiallar və alətlər barəsində proqram təminatında məlumatların təzələnməsini və onların xüsusi yeşiklərdə saxlanmasını təmin etmək;
- Proqram təminatına daxil olan bütün materialların sənədləşmə tələblərinə uyğun olmasının təmin edilməsi;
- Məxaric olunan bütün materialların və alətlərin proqram təminatında lazımı qaydada qeydiyyata alınmasının, həmçinin düzgün sənədləşmə və hesab-faktura tələblərinə cavab verməyən materialların növbəti qərar verilənədək karantində saxlanmasının təmin edilməsi;
- Yoxlamalardan sonra düzəlişlər və əlavələrin karantin qeydiyyat jurnalına vaxtlı-vaxtında daxil olunmasının təmin edilməsi;
- Düzgün qeydlərin aparılması və şirkət idarəçiliyində olan məlumat bazasına daxil olmasını təmin etməklə inventarların sayılması və onlara nəzarət;
- Anbardan göndərilən istehsal materialları və alətləri üçün bütün müvafiq sənədlərin (yük qaiməsinin, tələb olunan əlavələrin, materialların təhlükəsizlik pasportlarının, sertifikatların və s.) təqdim olunmasını təmin etmək;
- Materialların təhvil verilməsi və ya ötürülməsi əməliyyatlarının proqram təminatında işlənməsini, prosedura uyğun olaraq sənədlərin təqdim olunmasını və arxivləşdirilməsini təmin etmək;
- Bütün materialların anbarda düzgün, təhlükəsiz şəraitdə, zədəsiz və normal istismar tələblərinə uyğun olaraq saxlanmasını təmin etmək.
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə ən az 3 illik iş təcrübəsi;
- MS Office (Word, Excel,Outlook) proqramlarını yüksək səviyyədə bilmək;
- 1C 8.3 proqramında sərbəst işləmək bacarığı;
- Yerli uçot qanunvericiliyi üzrə biliklər;
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
- Analitik təhlil etmə qabiliyyəti;
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
- Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.
Səriştələr və bacarıqlar:
- Məsuliyyətli;
- Pozitiv;
- Özünütəşkiletmə qabiliyyəti;
- Nailiyyət yönümlülük;
- Etibarlılıq;
- Dürüstlük.