İşin təsviri
- Şirkətin SƏTƏM siyasət və prosedurlarının tətbiqini koordinasiya etmək;
- SƏTƏM üzrə daxili qaydaların hazırlanmasında və yenilənməsində iştirak etmək;
- SƏTƏM göstəricilərinin monitorinqini həyata keçirmək və hesabatlar hazırlamaq;
- İş yerlərində risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsinin təşkilində iştirak etmək;
- Risklərin azaldılması üzrə tədbirlərin hazırlanması və icrasını təşkil etmək;
- Sahələrdə və iş yerlərində planlı və plandankənar SƏTƏM yoxlamaları keçirmək;
- Qəza, insident və təhlükəli halların araşdırılmasında iştirak etmək;
- Fövqəladə hallarla bağlı prosedurların tətbiqinə nəzarət etmək;
- Təxliyə və fövqəladə vəziyyət təlimlərinin təşkilində iştirak etmək;
- Müvafiq avadanlıqların və vasitələrin vəziyyətinə nəzarət etmək.
Tələblər
- SƏTƏM qanunvericiliyi, risklərin qiymətləndirilməsi, insident araşdırılması, audit və inspeksiya metodları üzrə biliklərə malik olmaq;
- ISO 45001 və ISO 14001 standartları üzrə iş təcrübəsi və ya praktiki biliklər üstünlük hesab olunur;
- MS Office proqramlarından, xüsusilə Excel, Word və PowerPoint-dən sərbəst istifadə bacarığı tələb olunur;
- Güclü ünsiyyət, koordinasiya, problem həll etmə və qərarvermə bacarıqlarına malik olmalı, müxtəlif səviyyəli əməkdaşlarla effektiv işləyə bilməlidir;
- Lazım gəldikdə ezamiyyətlərə və əlavə iş saatlarına uyğunlaşmaq imkanına malik olmaq.