İşin təsviri
- İş şəraitinin yaxşılaşdırılması üzrə kompleks planların hazırlanmasını təşkil etmək;
- Sağlam və təhlükəsiz iş mühitinin yaradılması tədbirlərinə nəzarət etmək;
- Əməyin mühafizəsi üzrə norma, qayda və təlimatların icrasına nəzarət etmək;
- Səs-küy, titrəmə, toz, çirklənmə, işıqlanma, temperatur, nəmişlik və digər istehsalat faktorlarının ölçülməsini qrafikə uyğun aparılmasını təmin etmək;
- Aspirasiya və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə nəzarət etmək;
- Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətini yoxlamaq;
- İş yerlərində əməyin mühafizəsi üzrə təlimatların vaxtında və keyfiyyətli keçirilməsini təmin etmək;
- İşçilərin əməyin mühafizəsi dərslərinin təşkili, biliklərinin yoxlanılması və attestasiyasını həyata keçirmək;
- İnsidentləri araşdırmaq və hesabat tərtib etmək;
- Potensial təhlükələrin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək və onların səmərəliliyini qiymətləndirmək;
- Risklərin qiymətləndirilməsi və idarə olunması;
- Müəssisə prosedurlarını, təlimatlarını və texniki sənədləri oxuyub şərh etmək;
- Problemlərin həlli və metodologiyaların müqayisəli təhlilini aparmaq bacarığına malik olmaq.
Tələblər
SƏTƏM mühəndisi üçün əsas tələblər:
- ISO 9001, ISO 45001:2018 və ISO 14001 standartlarına uyğun SƏTƏM biliklərinə malik olmaq, audit zamanı sənədlərlə işləmə bacarığı;
- İstehsalat, tikinti və quraşdırma işlərində risklərin qiymətləndirilməsi, təhlükəsizlik tələblərinə nəzarət və iş metodlarının təkmilləşdirilməsi;
- Avadanlıq, bina və qurğuların texniki vəziyyətinə nəzarət;
- Qəza və zədələnmə səbəblərinin analizi və qarşısının alınması tədbirlərinin hazırlanması;
- Nəticələrə nəzarət və iş keyfiyyətinin qiymətləndirilməsi;
Təhsil və təcrübə:
- Ali texniki təhsil;
- SƏTƏM üzrə ISO standartlarına uyğun fəaliyyət göstərən şirkətdə minimum 3 il fasiləsiz iş təcrübəsi (beynəlxalq şirkət təcrübəsi üstünlükdür);
- Azərbaycan dilində əla, texniki səviyyədə ingilis dili biliyi üstünlükdür;
- Müvafiq sertifikatlar (IOSH, FHN, Hündürlükdə iş, İlk yardım, Yanğın təhlükəsizliyi və s.);
- Microsoft Office bilikləri;
Əlavə biliklər:
- Ətraf mühitin, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə metodiki materiallar;
- Yerli və beynəlxalq qabaqcıl təcrübə;
- Potensial təhlükələrin qarşısının alınması, istehsalat sanitariyası, elektrik və qaz təhlükəsizliyi, fövqəladə hallar, yanğın təhlükəsizliyi;
- Torpaq, su və hava çirklənməsinin qarşısının alınması tədbirləri;
- Stressin idarə olunması, hesabat tərtibi, ilkin tibbi yardım;
- Səliqəli, diqqətli, müstəqil və komandada işləmə bacarığı;
Üstünlük verilir:
- Şəxsi nəqliyyat vasitəsinin olması;
- İş əsasən regionlarda həyata keçirildiyi və filiallar üzrə mütəmadi səfərlər tələb olunduğu üçün səfər imkanının olması.