İşin təsviri
- İşdən əvvəl müvafiq təlimatlardan istifadə etmək və təmir prosesinə hazırlaşmaq;
- Maşın,mexanizm,aqreqat və qurğuların və təmir prosesində yoxlanması zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması;
- Maşın,mexanizm,aqreqat və qurğulara təyin olunmuş dövriliklə texniki baxış keçirmək;
- Kənd təsərrüfatı texnikalarının və digər aqreqatların təmirini, baxımını və təhlükəsiz şəkildə çalışmasını təmin edilməsi;
- Gündəlik olaraq istismar olunan maşın,mexanizm,aqreqat və qurğuların yoxlanılması və lazımi təmir işlərinin icra edilməsi;
- Təmir işlərinin ardıcıllığını planlaşdırmaq;
- Təmir üçün lazım olan alət və avandalıqların nasazlıqlarını və ya istismar qüsurlarını yoxlamaq;
- İş vaxtının sonunda elektrik cərəyanına birləşdirilən bütün avadanlıqları cərəyandan ayırmaq və iş yerini təmizləmək;
- Materialların düzgün ölçüsü, növü və sayını müəyyənləşdirmək, əldə etmək və onların işin xüsusiyyətlərinə uyğunluğunu yoxlamaq;
- İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək;
- İş ərazisini işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlamaq;
- Qüsurlu, köhnəlmiş, zədələnmiş və ya təhlükəli hissələri iş cədvəlinə uyğun şəkildə əvəzləmək, təmir etmək və ya bərkitmək;
- Mexaniki komponentlər və ya hissələri saz vəziyyətdə saxlamaq və/və ya təmir etmək:
- Hissələrin sökülməsi və yararlılığının qiymətləndirilməsi məqsədi ilə texniki xidmət və ya təmir tələblərini müvafiq qulluq sənədlərinə uyğun şəkildə müəyyənləşdirmək;
- Tələb olunan spesifikasiyaya uyğun olaraq istismar qaydaları kitabçasında göstərilən qaydada komponentləri və ya hissələri saxlamaq, təmir etmək və ya dəyişmək;
- Maşın,mexanizm,aqreqat və qurğuların düzgün işlədiyinə əmin olmaq məqsədi ilə son təmizləmə, yağlama və bərkitmə işləri aparmaq;
- İş sahəsini ərazi və müəssisə prosedurlarına uyğun şəkildə tullantılardan təmizləmək, təhlükəsiz iş şəraitini təmin etmək;
- Qurğular, alətlər və avadanlıqları ərazi və müəssisə prosedurlarına uyğun şəkildə saxlamaq və yerləşdirmək;
- Bütün daxili prosedur,təlimat və qaydala riayət etmək;
- Tələb olunan kimi digər vəzifələri yerinə yetirmək;
- Çilingər işləri üçün lazım olan bütün alətlərdən yalnız saz vəziyyətdə istifadə olunması;
- Sexdə alətlərin saxlanılması,qəbulu və verilməsi qaydaları üzərində ciddi nəzarətin qoyulması;
- Təmir zamanı texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunması.
Tələblər
Təhsil : Orta,orta ixtisas
Təcrübə : 1 il
Texniki biliklər:
- Çilingər işinə aid texniki sənədləri, normativləri və yuxarı təşkilatların sərəncamlarını bilmək.
- İxtisas dərəcələrinə aid tələbləri bilmək.
- Komanda daxilində işləmək , komanda üzvləri ilə yaxşı ünsiyyət qurmaq və gərgin iş şəraitində işləmək bacarıqlarına malik olmaq;