Məzmuna keçin
"Qala Sığorta" ASC yerləşdirilib

Tibbi yardımın təşkili şöbəsinin mütəxəssisi

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

Sığortalıların zənglərini cavablandırmaq, onları maraqlandıran sualları cavablandırmaq və müvafiq məsləhətlər vermək;

Sığortalıların şikayət və müraciətlərini dinləmək, onların müvafiq tibb müəssisəsinə və ixtisaslı mütəxəssisə yönləndirilməsi ilə bağlı qərar qəbul etmək;

Sığorta hadisəsi barədə məlumat daxil olduqdan (sığortalının müraciətindən sonra) dərhal sığortalının müvafiq tibb müəssisəsinə yönləndirilməsini təmin etmək;

Sığortalıların müraciətləri barədə məlumatları müvafiq qeydiyyat bazasına daxil etmək;

Göstərilən tibbi xidmətlərdən sığortalıların məmnunluq səviyyəsini öyrənmək məqsədilə onlarla mütəmadi əlaqə saxlamaq;

Tibb müəssisələrinin koordinatorları ilə əlaqə yaradaraq müalicə prosesinin gedişatına və göstərilən xidmətlərin keyfiyyətinə nəzarət etmək;

Klinikalar tərəfindən təqdim olunan reyestrləri müvafiq məlumat bazasına daxil etmək və emal etmək;

Daxili proqram təminatının məlumat bazasında əks olunan məlumatlar əsasında hesabatlar hazırlamaq;

Tibbi yardımın təşkili şöbəsinin gündəlik fəaliyyətinin həyata keçirilməsində iştirak etmək.

Tələblər:

Tələblər

  • Tibb sahəsi üzrə ali təhsil
  • Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı
  • MS Office proqramları üzrə bilik və praktiki istifadə bacarığı
  • Ofis proqramlarından istifadə bacarığı
  • Vaxtın səmərəli idarə edilməsi və işlərin prioritetləşdirilməsi bacarığı
  • Analitik düşünmə, ünsiyyət və problemləri operativ həll etmə bacarığı

Üstünlük hesab olunur

  • Müalicə işi ixtisası üzrə təhsili olan namizədlərə üstünlük verilir
  • İngilis dili biliyi arzuolunandır
  • Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →