Məzmuna keçin
Rabitəbank yerləşdirilib

Kart əməliyyatları departamenti, Kart əməliyyatlarına dəstək şöbəsi- İnspektor

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Kart məhsulları üzrə yaranan overdraft halların gündəlik monitorinqini və təhlilini həyata keçirmək;

Müştəri hesabları və kart əməliyyatları üzrə məlumatları yoxlamaq və uyğunsuzluqları müəyyən etmək;

Overdraftların düzgünlüyünü və əsaslılığını müəyyən etmək məqsədilə müvafiq əməliyyat və tranzaksiyaların araşdırılmasını həyata keçirmək;

Aşkarlanmış problemlər və uyğunsuzluqlar üzrə aidiyyəti struktur bölmələrlə koordinasiya etmək;

Overdraftlarla bağlı müraciət və sorğuları araşdırmaq, nəticələrə uyğun olaraq cavabları hazırlamaq;

Overdraftlar üzrə müvafiq hesabatların hazırlanmasında və məlumatların sistemləşdirilməsində iştirak etmək;

Overdraftların təkrarlanmasının qarşısının alınması məqsədilə təkmilləşdirmə təklifləri hazırlamaq;

Daxili prosedur və qaydalara uyğun olaraq digər əlaqəli tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Ali təhsil
  • Kart sahəsində ən azı 1 il iş təcrübəsi
  • Kart məhsulları və bank əməliyyatları haqqında ümumi anlayış
  • Overdraftların və kart əməliyyatlarının təhlili üzrə analitik düşüncə qabiliyyəti
  • MS Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı
  • Böyük həcmli məlumatlarla işləmək və məlumatları təhlil etmək bacarığı
  • Diqqətlilik, məsuliyyətlilik və detallara yüksək diqqət
  • Problemləri operativ müəyyən etmək və həll yolları təklif etmək bacarığı
  • Komandada işləmək və digər struktur bölmələrlə effektiv əməkdaşlıq etmək bacarığı
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →