Oxşar aktiv elanlar
- PKİD/ Məhkəməyəqədər iş və qərarların icrasına nəzarət şöbəsinin mütəxəssisi (Quba, Qusar və Xaçmaz bölgələri üzrə)Bank Respublika · 30 oktyabr 2026
- Risklərin İdarə edilməsi İdarəsinin Kredit riski şöbəsinin kiçik / mütəxəssisiXalq Bank · 30 oktyabr 2026
- Anderraytinq Departamenti KOB kreditlərinin təhlili şöbəsinin aparıcı mütəxəssisi / baş mütəxəssisiATB Bank · 30 oktyabr 2026
- “Rabitəbank” ASC Bank proqramları departamenti, Bank proqramlarının inkişafı şöbəsinin Aparıcı Proqramçısı ( backend c#)Rabitəbank · 29 oktyabr 2026
- “Rabitəbank” ASC Rəqəmsal sistemlərin inkişafı departamenti , Süni intellekt və data analitika şöbəsi, Data EngineerRabitəbank · 29 oktyabr 2026
- İstehlak kreditlərinin monitorinqi üzrə Aparıcı mütəxəssis/Baş mütəxəssisRabitəbank · 29 oktyabr 2026
Vakansiya haqqında
“Rabitəbank” ASC Riteyl Bankçılıq Departamentinin Məlumat Mərkəzi şöbəsində mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Vəzifə öhdəlikləri:
- Banka telefon və ya onlayn vasitələrlə edilmiş müraciətləri cavablandırmaq;
- Sosial şəbəkələrdə və digər internet media məkanlarında müştərilərin suallarını cavablandırmaq;
- Müştərilərə, Bankın məhsul və xidmətləri, promo aksiyaları, yenilikləri, xidmət strukturları haqqında ətraflı və dolğun məlumat vermək;
- Müştəri haqqında əldə edilən yeni məlumatları bank proqramına daxil etmək;
- Zənglərə əsasən bank məhsullarının satışını təşkil etmək (telemarketinq);
- Vəzifə funksiyalarından irəli gələn tapşırıqlar əsasında digər öhdəlikləri yerinə yetirmək.
Tələblər
- Ali təhsil;
- Məlumat sahəsi üzrə ən azı 1 il iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan və Rus dili bilikləri;
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- MS Ofis proqramları ilə işləmək bacarığı;
- Dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Səlis və aydın nitq qabiliyyəti.
Əlavə məlumat
- Təcrübə: 1-2 il
- Təhsil: Bakalavr