Məzmuna keçin
Rifah Qrup yerləşdirilib

Call Center (Operator)

Maaş
500 – 1 000 AZN
Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

📩 Müraciət üçün:

Maraqlanan namizədlər mövzu hissəsinə "Çağrı Mərkəzi Operatoru" yazaraq öz CV-lərini (e-poçt «Müraciət et» düyməsində) elektron poçt ünvanına göndərə bilərlər.

📍 Ünvan: Bakı ş., Yasamal r/n, İnşaatçılar m/s, Tri korona(3 tac) binası

Sabit maaş + performans göstəricilərinə uyğun bonuslar.

Çağrı mərkəzi, effektiv ünsiyyət və satış texnikaları üzrə ödənişsiz daxili təlimlər.

Gənc, mehriban və enerjili komanda ilə müasir ofis şəraiti.

Şirkət daxilində daha yüksək vəzifələrə yüksəlmək şansı.

Öhdəliklər

Daxil olan zəngləri peşəkar, nəzakətli və pozitiv şəkildə qəbul etmək.

Şirkətin məhsul və xidmətləri barədə müştərilərə dəqiq məlumat vermək, sualları cavablandırmaq.

Müştərilərin qarşılaşdığı çətinlikləri və şikayətləri dinləmək, onları operativ şəkildə həll etmək və ya müvafiq şöbəyə yönləndirmək.

Daxil olan müraciətləri və zənglərin nəticələrini daxili verilənlər bazasına (CRM sistemi) qeyd etmək.

Lazımi hallarda müştərilərə geri zənglər etmək (məlumat çatdırmaq, sorğunun nəticəsini bildirmək).

Tələblər

  • Azərbaycan dilində səlis və aydın diksiya ilə danışıq qabiliyyəti
  • Yüksək ünsiyyət, dinləmə və müştərilərlə emosional bağ qurma bacarığı
  • Çətin və gərgin vəziyyətlərdə təmkinli qalmaq və kompromis tapmaq qabiliyyəti

Üstünlük hesab olunur

  • Rus və ya İngilis dili biliyi arzuolunandır
  • Müvafiq sahədə (Call Center, Müştəri Xidmətləri və ya Satış) iş təcrübəsi olanlara üstünlük verilir (təcrübəsiz namizədlər üçün təlimlər keçirilir)

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →