İşin təsviri
Təsvir
- Salatların hazırlanması prosesində ustaya dəstək göstərmək
- Məhsulların düzgün seçilməsini, yuyulmasını, təmizlənməsini və doğranmasını təmin etmək
- Salatların reseptlərə uyğun hazırlanmasında iştirak etmək
- Hazır məhsulların estetik şəkildə bəzədilməsini və təqdimatını təmin etmək
- Qida təhlükəsizliyi, gigiyena və sanitariya qaydalarına ciddi riayət etmək
- İş yerinin təmiz və səliqəli saxlanılmasını təmin etmək
- Mətbəx avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək
- Məhsulların saxlanma qaydalarına nəzarət etmək və israfı minimuma endirmək
- Lazımi məhsulların stokuna nəzarətdə dəstək göstərmək
- Reseptlərə uyğun porsiya ölçülərini qorumaq
- Zərurət olduqda yeni salat növlərinin hazırlanmasında iştirak etmək
Tələblər
- Orta və ya orta ixtisas təhsili
- Mətbəx və ya qida sahəsində iş təcrübəsi üstünlükdür
- Qida təhlükəsizliyi və gigiyena qaydaları üzrə ilkin biliklər
- Komanda ilə işləmək bacarığı və məsuliyyətli yanaşma
- Operativlik, çeviklik və detallara diqqət
- Fiziki cəhətdən aktiv iş rejiminə uyğunluq
- Mətbəx avadanlıqları ilə işləmə bacarığı
- Təmizliyə və səliqəyə yüksək diqqət
- Öyrənməyə açıq olmaq və təşəbbüskarlıq