Məzmuna keçin
Shaurma N1 yerləşdirilib

Administrator

Şəhər
Bakı

Vakansiya haqqında

Shaurma 1 komandamıza qoşulmaq üçün filialın gündəlik iş proseslərinin koordinasiyasını həyata keçirə, müştəri xidmətinin keyfiyyətini qoruya və komandanın effektiv fəaliyyətinə dəstək göstərə bilən “Administrator” axtarışındayıq.

Vəzifə öhdəlikləri

Filialda gündəlik əməliyyat proseslərinin və növbə üzrə iş bölgüsünün təşkilinə dəstək göstərmək;

Əməkdaşların işə davamiyyətini, iş intizamını və xidmət standartlarına riayət etməsini izləmək;

Müştərilərin qarşılanması, sifarişlərin düzgün və vaxtında təqdim olunması prosesinə nəzarət etmək;

Müştəri müraciət və şikayətlərini qəbul etmək, səlahiyyəti çərçivəsində həll etmək və zəruri hallarda rəhbərliyə yönləndirmək;

Kassa əməliyyatlarının və gün sonu hesabatlarının düzgün aparılmasına nəzarət etmək;

Məhsul qalığı, anbar, sifariş və təhvil-təslim proseslərinin izlənilməsində iştirak etmək;

Filialda təmizlik, sanitariya, gigiyena və qida təhlükəsizliyi standartlarına riayət olunmasını yoxlamaq;

Avadanlıq və inventarın düzgün istifadəsinə, nasazlıqların vaxtında bildirilməsinə nəzarət etmək;

Filial müdiri olmadıqda gündəlik işlərin fasiləsiz davam etməsinə dəstək göstərmək.

Namizədə dair tələblər

Tələblər

  • Orta ixtisas və ya ali təhsil
  • Restoran, ictimai iaşə və ya xidmət sahəsində 1–2 il iş təcrübəsi
  • Müştəri xidmətləri və gündəlik əməliyyat prosesləri üzrə anlayış
  • Kassa əməliyyatları və ilkin hesabatlarla işləmək bacarığı
  • MS Office proqramları üzrə baza bilikləri
  • Azərbaycan dilində səlis ünsiyyət qurmaq bacarığı
  • Ünsiyyətcil, məsuliyyətli və diqqətli olmaq
  • Operativlik və çevik qərarvermə bacarığı
  • Komanda ilə işləmək və əməkdaşları koordinasiya etmək bacarığı
  • Müştəri məmnuniyyətinə həssas yanaşmaq
  • İntizamlı olmaq və detallara diqqət yetirmək
  • Qeyd: Restoran və ictimai iaşə sahəsində təcrübəli
  • İş prosesinin əsas istiqamətləri

Üstünlük hesab olunur

  • Restoran və ya fast-food şəbəkəsində administrator vəzifəsində təcrübə
  • Komanda koordinasiyası və növbə idarəçiliyi üzrə təcrübə

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →