Vakansiya haqqında
İş yeri: Bakı
Shaurma N1 komandamıza qoşulmaq üçün AutoCAD proqramı üzrə biliklərə, güclü estetik zövqə və məkan planlaşdırılması bacarığına malik Memar – Layihələndirmə üzrə mütəxəssis axtarışındayıq.
Vəzifə öhdəlikləri
Obyektlərə yerində baxış keçirərək ölçülərin götürülməsi;
Götürülmüş ölçülərin əl eskizi və plan üzərində düzgün qeyd edilməsi;
Ölçülərin AutoCAD proqramında dəqiq plan və texniki çertyoj formasına salınması;
Mövcud obyektlərin planlarının hazırlanaraq layihələndirmə şöbəsinə təqdim edilməsi;
Kafe və restoranların real ölçülərinə uyğun layihələndirilməsi;
Restoranların funksional planlaşdırılması, mebel və avadanlıqların yerləşiminin işlənilməsi;
Layihələr üzrə zəruri düzəlişlərin və yenilənmələrin aparılması;
Layihələrin təqdimat və sonrakı icra mərhələsinə hazırlanması.
Namizədə dair tələblər
Tələblər
- AutoCAD proqramını yaxşı səviyyədə bilmək
- Obyektlərdə ölçü götürmək və ölçüləri düzgün şəkildə layihəyə köçürmək bacarığı
- Plan və texniki çertyojları oxumaq və hazırlamaq bacarığı
- Məkanın funksional və düzgün planlaşdırılması üzrə biliklər
- Microsoft Excel proqramını yaxşı səviyyədə bilmək
- Microsoft Word və digər ofis proqramları üzrə ümumi biliklər
- Güclü estetik zövq və dizayn düşüncəsi
- Rəng seçimi və rənglərin uyğunlaşdırılması qabiliyyəti
- Məkanın imkanlarını düzgün qiymətləndirmək bacarığı
- Detallara qarşı diqqətli və dəqiq olmaq
- Ölçülərdə və texniki çertyojlarda səhvsiz işləməyə həssas yanaşmaq
- Verilən tapşırıqları müstəqil araşdırmaq və nəticəyə çatdırmaq bacarığı
- Komanda ilə işləmək və layihələr üzrə düzəlişləri operativ tətbiq etmək
- Obyektlərə yerində baxış keçirmək və ölçü götürmək üçün səfərlərə hazır olmaq
Üstünlük hesab olunur
- SketchUp proqramında işləmək bacarığı
- 5D Render proqramlarında işləmək bacarığı
- Lumion proqramını bilmək
- 3D modelləşdirmə və vizuallaşdırma üzrə ilkin və ya orta səviyyədə təcrübə
- SketchUp, 5D Render və Lumion proqramlarını bilmək namizəd üçün əlavə üstünlük hesab olunur
Oxşar elanlar
- Smeta mühəndisi (Tikinti / İnşaat sahəsi)Real İnşaat MMC · Dünən
- Hava Limanları İnfrastrukturu İdarəsi/ Layihə-smeta sənədləri üzrə mühəndisAzərbaycan Hava Yolları (AZAL) · Dünən
- KonstruktorCronos Construction · Dünən
- Layihəçi memarNorth West · 3 gün əvvəl
- Sahə rəisiVeysəloğlu Şirkətlər Qrupu · 3 gün əvvəl
- İnşaat Mühəndisi (Region)OBA Market MMC · 3 gün əvvəl