İşin təsviri
Lokasiya: Bakı,Azərbaycan
Vəzifənin məqsədi
Xəzinədar LPQ brend dəyərlərinə uyğun olaraq müştərilərə səmimi və peşəkar xidmət göstərir, kassa əməliyyatlarını dəqiq və şəffaf şəkildə icra edir və gündəlik əməliyyatların düzgün təşkilinə dəstək olur.
Tələblər
Əsas vəzifə
Müştəri xidməti:
- LPQ standartlarına uyğun olaraq qonaqlara səmimi və diqqətli xidmət göstərir
- Müştərilərə menyu və məhsullar haqqında məlumat verir və seçimdə kömək edir
- Qonaq məmnuniyyətini təmin etməyə yönəlmiş yanaşma nümayiş etdirir
Satış və kassa əməliyyatları:
- Məhsulların satışını həyata keçirir və sifarişləri düzgün şəkildə sistemə daxil edir
- Nağd və nağdsız ödənişləri qəbul edir
- Kassa və POS-terminal əməliyyatlarını dəqiq və şəffaf aparır
Nəzarət və hesabat:
- Günlük kassa balansını aparır və növbə sonunda hesabat təqdim edir
- İnkassasiya prosesində iştirak edir
- POS qəbzlərini müvafiq qaydada təhvil verir
Daxili qaydalar və prosedurlar:
- Məhsulların silinmələr kitabında qeydiyyat aparır
- Şirkət əmlakının qorunmasına cavabdehdir
- LPQ-nin daxili prosedur və standartlarına riayət edir
Komanda işi:
- Kassa sahəsinin təmiz və səliqəli saxlanılmasını təmin edir
- Zərurət olduqda zal komandasına dəstək göstərir
- Komanda daxilində effektiv əməkdaşlıq edir
Tələblər
- 18 yaşdan yuxarı namizədlər
- Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı
- Yüksək ünsiyyət bacarığı və nəzakətli davranış
- Məsuliyyətlilik və diqqətlilik
- Sürətli və dinamik mühitdə işləmək bacarığı
- Komanda ilə işləmək bacarığı
- Kassir və ya xidmət sahəsində təcrübə üstünlükdür
İş şəraiti
- Əmək qanunvericiliyinə uyğun rəsmi iş
- LPQ standartlarına uyğun iş mühiti
- Təlim və inkişaf imkanları
- Komanda əsaslı iş mühiti
Məsuliyyət
- Kassa əməliyyatlarının düzgün və şəffaf aparılması
- Pul vəsaitlərinin qorunması
- LPQ standartlarına riayət olunması
- Müştəri məmnuniyyətinin təmin edilməsi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.