Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Kompüterlərin, printerlərin, serverlərin və şəbəkə avadanlıqlarının işlək vəziyyətinə nəzarət etmək;
İnternet, lokal şəbəkə və istifadəçi avadanlıqlarında yaranan texniki problemləri aradan qaldırmaq;
Proqram təminatlarının quraşdırılması, yenilənməsi və texniki dəstəyini həyata keçirmək;
İstehsalat və idarəetmə sistemlərinin fasiləsiz fəaliyyətinə texniki dəstək göstərmək;
Məlumatların təhlükəsizliyi, ehtiyat nüsxələnməsi və istifadəçi girişlərinə nəzarətdə iştirak etmək;
İT avadanlıqlarına texniki xidmət göstərmək və müvafiq uçot aparmaq.
İş şəraiti:
İş qrafiki: istehsalat proseslərinin xüsusiyyətlərinə uyğun iş rejimi;
Əməkhaqqı: müsahibə əsasında müəyyən edilir;
İş yeri: Şamaxı / “Şirvan Aqro” MMC.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İT üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- İT və ya müvafiq texniki sahə üzrə ali və ya orta ixtisas təhsili
- Kompüter avadanlıqları, əməliyyat sistemləri və şəbəkələr üzrə biliklər
- Proqram təminatlarının quraşdırılması və texniki problemlərin həlli bacarığı
- Məsuliyyətlilik, operativlik və analitik düşünmə qabiliyyəti
Üstünlük hesab olunur
- İş təcrübəsi – üstünlükdür
Oxşar elanlar
- Baş MexanikMeysəri Grand Hotel & SPA · 28 oktyabr 2026
- Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Şamaxı)Şirvan Aqro · 15 oktyabr 2026
- Şamaxı, Ağsu və Kürdəmir filialları üzrə Lombard kreditləri Aparıcı/Baş mütəxəssisRabitəbank · 4 gün əvvəl
- Satış məsləhətçisi (Şamaxı)Kontakt Home · 28 oktyabr 2026
- ÇörəkçiMeysəri Grand Hotel & SPA · 28 oktyabr 2026
- Kassir (Şamaxı)Kontakt Home · 22 oktyabr 2026