Vakansiya haqqında
Şirkətimiz istehsal proseslərinin səmərəli təşkili, məhsul keyfiyyətinin təmin edilməsi və müvafiq standartlara uyğunluğun qorunması məqsədilə komandasına Keyfiyyətə nəzarət üzrə mütəxəssis axtarır.
Əsas vəzifə öhdəlikləri:
İstehsal olunan süd və ət məhsullarının keyfiyyət göstəricilərinə nəzarət etmək;
Xammalın, yarımfabrikatların və hazır məhsulların keyfiyyətinin müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlamaq;
Məhsullardan nümunələrin götürülməsi və müvafiq keyfiyyət yoxlamalarının aparılmasında iştirak etmək;
Məhsulların saxlanma və daşınma şəraitinə, temperatur rejiminə və gigiyena tələblərinə riayət olunmasına nəzarət etmək;
Müəyyən edilmiş keyfiyyət standartlarından kənarlaşmaları aşkar etmək, qeydə almaq və aidiyyəti şəxsləri məlumatlandırmaq;
Keyfiyyətə nəzarət üzrə müvafiq sənədləri, jurnalları və hesabatları hazırlamaq;
İstehsal və saxlanma proseslərində sanitariya-gigiyena və qida təhlükəsizliyi tələblərinə əməl olunmasını izləmək;
Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsində iştirak etmək.
İş şəraiti:
İş qrafiki: istehsal proseslərinin xüsusiyyətlərinə uyğun növbəli iş rejimi;
Əməkhaqqı: müsahibə əsasında müəyyən edilir;
İş yeri: Şamaxı / “Şirvan Aqro” MMC.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Qida mühəndisliyi, qida təhlükəsizliyi, kimya, biologiya və ya müvafiq sahələr üzrə ali təhsil
- Qida təhlükəsizliyi, sanitariya-gigiyena və məhsulların saxlanması qaydaları barədə biliklər
- Keyfiyyət göstəricilərinin yoxlanılması və uyğunsuzluqların müəyyən edilməsi bacarığı
- MS Office proqramları, xüsusilə Excel üzrə biliklər
- Sənədləşmə və hesabatların hazırlanması bacarığı
- Diqqətlilik, dəqiqlik, məsuliyyətlilik və operativlik
- Komandada işləmək və istehsal əməkdaşları ilə effektiv ünsiyyət qurmaq bacarığı
Üstünlük hesab olunur
- Keyfiyyətə nəzarət və ya qida istehsalı sahəsində iş təcrübəsi – arzuolunandır
Oxşar elanlar
- Baş MexanikMeysəri Grand Hotel & SPA · 28 oktyabr 2026
- İT üzrə mütəxəssis (Şamaxı)Şirvan Aqro · 15 oktyabr 2026
- Şamaxı, Ağsu və Kürdəmir filialları üzrə Lombard kreditləri Aparıcı/Baş mütəxəssisRabitəbank · 4 gün əvvəl
- Satış məsləhətçisi (Şamaxı)Kontakt Home · 28 oktyabr 2026
- ÇörəkçiMeysəri Grand Hotel & SPA · 28 oktyabr 2026
- Kassir (Şamaxı)Kontakt Home · 22 oktyabr 2026