Vakansiya haqqında
İş yeri: Şamaxı rayonu — Meysari Grand Hotel & Spa
Meysari Grand Hotel & Spa komandamıza qoşulacaq, mexaniki sistemlərin və avadanlıqların etibarlı, təhlükəsiz və fasiləsiz fəaliyyətini təmin edəcək təcrübəli və məsuliyyətli Senior Mechanical Supervisor axtarırıq.
Əsas vəzifə öhdəlikləri
Mexaniki sistemlərin, avadanlıqların və mühəndislik qurğularının işinə nəzarət etmək;
Profilaktik texniki xidmət və təmir işlərini planlaşdırmaq və icrasını təmin etmək;
Nasazlıqları müəyyən etmək, texniki problemlərin operativ həllini təşkil etmək;
Texniki xidmət komandasının gündəlik fəaliyyətini əlaqələndirmək və iş bölgüsünü aparmaq;
Mexaniki avadanlıqların istismarına, təhlükəsizlik qaydalarına və texniki standartlara riayət olunmasına nəzarət etmək;
Ehtiyat hissələrinin və texniki materialların istifadəsini izləmək, müvafiq hesabatlar hazırlamaq;
Enerji səmərəliliyinin artırılması və avadanlıqların istismar müddətinin uzadılması istiqamətində tədbirlər görmək.
Tələblər
- Mexanika, mühəndislik və ya müvafiq texniki sahə üzrə ali və ya uyğun texniki təhsil
- Mexaniki sistemlərin istismarı, texniki xidməti və təmiri sahəsində müvafiq iş təcrübəsi
- Texniki heyətin idarə edilməsi və işlərin koordinasiyası üzrə bacarıqlar
- Mexaniki avadanlıqlar, nasoslar, mühərriklər, HVAC və digər mühəndislik sistemləri üzrə biliklər
- Texniki sənədləri oxumaq, nasazlıqları təhlil etmək və operativ qərarlar qəbul etmək bacarığı
- Məsuliyyətlilik, liderlik, problem həll etmə və komanda ilə işləmək bacarığı
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və daxili prosedurlar barədə biliklər
Üstünlük hesab olunur
- Otel və ya iri obyektlərin texniki xidmət sahəsində təcrübə üstünlükdür
Oxşar elanlar
- İT üzrə mütəxəssis (Şamaxı)Şirvan Aqro · 15 oktyabr 2026
- Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Şamaxı)Şirvan Aqro · 15 oktyabr 2026
- Şamaxı, Ağsu və Kürdəmir filialları üzrə Lombard kreditləri Aparıcı/Baş mütəxəssisRabitəbank · 4 gün əvvəl
- Satış məsləhətçisi (Şamaxı)Kontakt Home · 28 oktyabr 2026
- ÇörəkçiMeysəri Grand Hotel & SPA · 28 oktyabr 2026
- Kassir (Şamaxı)Kontakt Home · 22 oktyabr 2026