Vakansiya haqqında
İş haqqında məlumat
Meysari Grand Hotel & SPA komandamıza qoşulmaq üçün diqqətli, analitik düşüncə qabiliyyətinə malik və maliyyə əməliyyatlarında dəqiqliyə önəm verən Income Auditor axtarır.
Namizəd otelin gündəlik gəlir əməliyyatlarının yoxlanılması, maliyyə məlumatlarının düzgünlüyünün təmin edilməsi və daxili nəzarət prosedurlarının həyata keçirilməsinə cavabdeh olacaq.
Əsas vəzifə öhdəlikləri
Otelin bütün gəlir mənbələri üzrə gündəlik əməliyyatların yoxlanılması və düzgünlüyünün təsdiqlənməsi;
Otaq satışları, restoran, SPA və digər xidmət sahələri üzrə gəlirlərin uzlaşdırılması;
PMS və POS sistemlərində qeydə alınan əməliyyatların maliyyə hesabatları ilə müqayisə edilməsi;
Night Audit hesabatlarının yoxlanılması və uyğunsuzluqların araşdırılması;
Nağd və nağdsız ödənişlərin, endirimlərin, ləğvlərin və geri qaytarmaların nəzarətdə saxlanılması;
Gündəlik gəlir hesabatlarının hazırlanması və Maliyyə şöbəsinə təqdim edilməsi;
Mühasibat uçotu və daxili audit prosedurlarına uyğunluğun təmin edilməsi;
Aşkar edilmiş maliyyə uyğunsuzluqlarının araşdırılması və aradan qaldırılması üçün müvafiq şöbələrlə əməkdaşlıq edilməsi
Tələblər
- Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
- Güclü analitik düşüncə, detallara diqqət və məsuliyyətlilik
- Müstəqil və komanda şəklində işləmək bacarığı
Üstünlük hesab olunur
- Otelçilik sahəsində iş təcrübəsinə üstünlük verilir
- Opera PMS, Micros POS və digər otel idarəetmə sistemləri ilə iş təcrübəsi üstünlükdür
Oxşar elanlar
- Junior Operations CoordinatorCeta Project Logistics · Bu gün
- Girovların İdarə Edilməsi Şöbəsinin AssistentiPasha Bank · Bu gün
- SupervayzerAzəriş LTD · 2 gün əvvəl
- Vergi üzrə Böyük MühasibAMOGROUP · 2 gün əvvəl
- Business development specialistİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi · 2 gün əvvəl
- Hesabatlıq şöbəsinin rəhbəriMars Overseas Baku · 2 gün əvvəl