Məzmuna keçin
STP Global Cable yerləşdirilib

Baş energetik

Şəhər
Sumqayıt
İş növü
Tam iş günü

Vakansiya haqqında

Bizim üçün uyğun namizəd :

Elektrik energetikası, elektrotexnika və ya müvafiq mühəndislik ixtisası üzrə ali təhsil;

Sənaye müəssisələrində elektrik və enerji təsərrüfatı sahəsində minimum 5 il iş təcrübəsi;

0,4 kV, 6 kV və 10 kV elektrik sistemləri üzrə bilik;

Elektrik sxemlərini oxumaq və texniki sənədlərlə işləmək bacarığı;

Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;

Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;

Rəhbərlik, komanda idarəetməsi və operativ qərarvermə bacarığı;

İşgüzar və məsuliyyətli olmalıdır.

Hansı işləri görəcəksiniz?

Zavodun elektrik və enerji təsərrüfatının idarə olunması;

Elektrik avadanlıqlarının fasiləsiz və təhlükəsiz istismarına nəzarət;

Transformator yarımstansiyaları, paylayıcı qurğular və elektrik şəbəkələrinin istismarının təşkili;

Elektrik mühərrikləri, idarəetmə panelləri, avtomatik açarlar və rele mühafizəsi üzrə bilik;

Planlı təmir-profilaktika işlərinin təşkili, nasazlıqların aradan qaldırılmasına rəhbərlik;

Enerji sərfiyyatına nəzarət və enerji səmərəliliyinin artırılması;

Elektrik təhlükəsizliyi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarını bilmək;

Elektrik heyətin işinin təşkili və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət.

Nə əldə edəcəksiniz?

Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;

Adekvat əmək haqqı;

Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;

Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;

İş vaxtı - Bazar ertəsi - Cümə, 09:00 – 18:00;

İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş energetik” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla göndərilməsi xahiş olunur.

Oxşar elanlar

Bütün Sumqayıt vakansiyaları →