Məzmuna keçin
Demiragac Engineering yerləşdirilib

Mühəndis konstruktor

Şəhər
Sumqayıt

Vakansiya haqqında

İş şəraiti

6 günlük iş həftəsi, bazar ertəsi-şənbə günü: saat 08:00-17:00

Nahar fasiləsi: 12:00 - 13:00

Əmək haqqı: Razılaşma yolu ilə

İş yeri: Azərbaycan, Sumqayıt

İş barədə məlumat

CAD Proqramları vasitəsi ilə (Solidworks və Autocad) avadanlıqların və konstruksiyaların 3D modellərinin işlənib hazırlanması;

Ümumi plan, yığım və detal cizgilərinin hazırlanması;

Konstrukitiv cizgilər əsasinda material sərfiyyatı cədvəlinin tərtib edilməsi;

Texniki və iqtisadi cəhətdən uyğun material və komponentlərin seçilməsi və tədarükü;

Layihələr üzrə texniki məsələlərin həllində iştirak;

Digər mühəndislik bölmələri ilə koordinasiyanın təmin edilməsi.

Avadanlıq və hissələrin cizgilərə uyğun istehsal edilməsinə nəzarət.

Baş mühəndis və rəhbərliyin istehsalatla əlaqədar tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər

  • Mexanika Mühəndisliyi, Maşınqayırma və s. müvafiq ixtisaslar üzrə ali təhsil
  • İxtisas üzrə minimum 2-3 il iş təcrübəsi
  • Maşın mexanizmləri, hidravlik və pnevmatik qurğular barədə biliklər
  • Metal emalı dəzgahlarının (plazma kəsim, bükmə, əymə, qayçı, pres, CNC və manual frez və tornalar və s.) iş prinsipləri barədə ümümi biliklər
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizənin qayda və normaları üzrə biliklər
  • Kompüter bilikləri – Solidworks (vacibdir), Autocad və MS office proqramları
  • Dil bilikləri – Azərbaycan, İngilis

Üstünlük hesab olunur

  • Digər dillər əlavə üstünlük hesab olunur

Oxşar elanlar

Bütün Sumqayıt vakansiyaları →