Vakansiya haqqında
İş şəraiti
İş yeri: Bakı, Aypara Layihəsi
6 günlük iş həftəsi, bazar ertəsi-şənbə günü: saat 09:00-18:00
Nahar şirkət tərəfindən təmin olunur;
Əmək haqqı: Razılaşma yolu ilə
İş barədə məlumat
Layihə çərçivəsində işlərinin ümumi idarə edilməsini və icrasına nəzarəti həyata keçirmək;
Layihənin sifarişçi ilə gündəlik mütəmadi koordinasiyası
Təsdiq edilmiş layihə sənədlərinə, iş qrafikinə və texniki tələblərə uyğun olaraq işlərin planlaşdırılmasını və təşkilini təmin etmək;
İş planlarının, icra qrafiklərinin və prioritetlərin müəyyən edilməsini təşkil etmək;
Tabeliyində olan əməkdaşların, sahə mühəndislərinin, briqadaların, istehsalat komandasının və podratçı təşkilatların fəaliyyətini idarə etmək və koordinasiya etmək;
Layihə üzrə müəyyən edilmiş müddət, büdcə və keyfiyyət göstəricilərinin təmin olunmasına nəzarət etmək;
Görülən işlərin layihə sənədlərinə, texniki spesifikasiyalara və müvafiq tikinti standartlarına uyğunluğunu təmin etmək;
İşlərin icrası zamanı yaranan texniki və təşkilati problemləri qiymətləndirmək, operativ qərarlar qəbul etmək və müvafiq tədbirlərin görülməsini təmin etmək;
Material, texnika, əmək resursları və digər zəruri resursların səmərəli planlaşdırılmasını və istifadəsini təşkil etmək;
Material sifarişlərinin, sərfiyyatın və görülən iş həcmlərinin nəzarətdə saxlanılmasını təmin etmək;
Layihə üzrə texniki sənədlərin, görülmüş işlərin aktlarının, hesabatların və digər icra sənədlərinin hazırlanmasını və yoxlanılmasını təşkil etmək;
Layihə dəyişikliklərinin qiymətləndirilməsində, razılaşdırılmasında və icrasının təşkilində iştirak etmək;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasını təmin etmək;
Tələblər
- İnşaat mühəndisliyi, mülki tikinti və ya əlaqəli sahələr üzrə ali təhsil
- Tikinti və təmir-tamamlama sahəsində minimum 5-7 il iş təcrübəsi
- Müvafiq sahə üzrə ən azı 2-3 il idarəetmə və ya rəhbər vəzifədə iş təcrübəsi
- Tikinti layihələrinin idarə edilməsi, planlaşdırılması və icrasına nəzarət sahəsində praktiki təcrübə
- Layihə sənədlərini, işçi çertyojları, texniki spesifikasiyaları və smeta sənədlərini oxuma və təhlil etmə bacarığı
- İş qrafiklərinin hazırlanması, resursların planlaşdırılması və iş həcmlərinin idarə edilməsi bacarığı
- Podratçıların, texniki heyətin və işçi qruplarının idarə edilməsi və koordinasiyası təcrübəsi
- Tikinti norma və qaydaları, keyfiyyətə nəzarət və əməyin mühafizəsi üzrə biliklər
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- Liderlik, təşkilatçılıq, analitik düşünmə və effektiv kommunikasiya bacarıqları
- Operativ qərarvermə, problem həll etmə və komandanı idarəetmə bacarığı
- Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük
- Dil bilikləri: Azərbaycan dili (səlis), ingilis dili (professional)
Üstünlük hesab olunur
- AutoCAD və MS Project bilikləri üstünlükdür
Oxşar elanlar
- Finance ManagerAgro Dairy · Dünən
- Marja ticarəti üzrə risk menecerUnicapital · Dünən
- Maliyyə üzrə kiçik auditorKristal · 2 gün əvvəl
- AML və Monitorinq şöbəsinin Əməliyyatların monitorinqi istiqamətinin MütəxəssisiPasha Bank · 2 gün əvvəl
- Layihə koordinatoru (Rəqəmsal məhsulların inkişafı)İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi · 2 gün əvvəl
- MühasibNatural Meat · 2 gün əvvəl