Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri
Kontent fəaliyyətinin planlaşdırılması və idarə olunması;
Kontent və kreativ komandanın fəaliyyətinin koordinasiyası;
Brendin marketinq və kreativ kommunikasiya strategiyasının hazırlanmasında iştirak və icrasına nəzarət;
Reklam kampaniyaları, mövsümi layihələr və xüsusi marketinq aktivlikləri üçün kreativ ideyaların hazırlanmasına rəhbərlik etmək;
Sosial media və digər kommunikasiya kanalları üçün kontent strategiyasının və aylıq planların hazırlanmasını təmin etmək;
Foto və video çəkilişlərin konseptlərinin hazırlanması, təşkili və icrasına nəzarət etmək;
Kreativ ideyaların vizual və mətn formatında düzgün reallaşdırılmasını təmin etmək;
Reklam və kampaniya materiallarının keyfiyyətinə, brend üslubuna və kommunikasiya standartlarına nəzarət etmək;
Komanda üzvləri arasında iş bölgüsünü aparmaq, tapşırıqların icrasını və nəticələrini qiymətləndirmək;
Rəqib şirkətlərin marketinq fəaliyyətini, bazar tendensiyalarını və yeni kreativ yanaşmaları izləmək;
Marketinq fəaliyyətinin effektivliyini təhlil etmək və mütəmadi hesabatlar hazırlamaq.
İş şəraiti
İş qrafiki: Tam iş günü
6 günlük iş rejimi
AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir;
Mövzu hissəsində “ Kontent Rəhbəri ”qeyd edərək CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Tələblər
- Marketinq və ya kreativ kommunikasiya sahəsində minimum 3 il iş təcrübəsi
- Komanda idarəetməsi üzrə təcrübə
- Kreativ düşüncə və fərqli ideyalar yaratmaq bacarığı
- Sosial media, rəqəmsal marketinq və kontent istehsalı proseslərini yaxşı bilmək
- Foto və video istehsalı prosesləri haqqında anlayış
- Reklam mətnləri, vizual konseptlər və kreativ layihələrlə işləmək bacarığı
- Güclü kommunikasiya, təşkilatçılıq və liderlik bacarıqları
- Eyni zamanda bir neçə layihəni idarə etmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı
Oxşar elanlar
- Русскоязычный TikTokерSuper Toys · Dünən
- Rəqəmsal marketinq üzrə mütəxəssisKontakt Home · Dünən
- Media planlaşdırılması üzrə mütəxəssisLionCom Azərbaycan · Dünən
- Marketinq üzrə təcrübəçi - Admitt.ioLandau Education Group · Dünən
- Sosial Media Marketinqi üzrə Aparıcı MütəxəssisDecoliv · Dünən
- Content CreatorAzerbaijan SuperMarket · Dünən