Vakansiya haqqında
Şirkətin gündəlik fəaliyyətinə dair bütün hüquqi məsələlər üzrə hüquqi dəstəyi təmin etmək;
Mülki və vergi qanunvericiliyinin maddi və prosessual normalarının tətbiqi ilə bağlı ətraflı hüquqi araşdırmalar aparmaq və təhlillər hazırlamaq;
Mülki, vergi və kommersiya qanunvericiliyi üzrə çoxşaxəli hüquqi rəylər hazırlamaq;
Müxtəlif hüquqi sənədləri, o cümlədən kommersiya müqavilələri və sazişləri tərtib etmək, nəzərdən keçirmək və onlarla bağlı danışıqlarda iştirak etmək;
Müxtəlif sahələr üzrə hüquqi risklərin qiymətləndirilməsini həyata keçirmək və praktiki hüquqi həllər təqdim etmək;
Şirkətin fəaliyyətində mövcud qanunvericiliyin, sahəvi normativ tənzimləmələrin və daxili siyasətlərin tələblərinə riayət olunmasını izləmək və təmin etmək;
Daxili prosedurların və siyasətlərin hazırlanmasında iştirak etmək;
Müqavilə danışıqlarında və xarici tərəfdaşlar, habelə tənzimləyici orqanlarla münasibətlərdə şirkəti təmsil etmək;
Şirkətdə hüquqi maarifləndirmə tədbirləri aparmaq və təlimlər keçmək.
Tələblər
- Hüquq ixtisası üzrə nüfuzlu ali təhsil müəssisəsində bakalavr və/və ya magistr dərəcəsinə malik olmaq
- Hüquq firmasında və/və ya beynəlxalq məsləhət (konsaltinq) şirkətində ən azı 2 il müddətində fasiləsiz və peşəkar iş təcrübəsinə malik olmaq ( yalnız bu təcrübəyə malik olan namizədlər nəzərdən keçiriləcəkdir )
- Azərbaycan Respublikasının mülki və vergi qanunvericiliyi üzrə dərin biliklər, hüquqi yoxlama (due diligence), komplayns və korporativ məsləhət sahəsində təcrübə
- Mürəkkəb maddi normaları tətbiq etmək bacarığı
- Hüquqi sənədlərin hazırlanması, analitik təhlil və hüquqi araşdırma bacarıqları
- Problem həll etmək bacarığı
- Nəticəyönümlü yanaşma
- Yüksək dəqiqlik, məsuliyyət və biznes etikası
- Azərbaycan və İngilis dillərində (yazılı və şifahi) səlis bilik
Üstünlük hesab olunur
- Digər xarici dil bilikləri üstünlük təşkil edir
Oxşar elanlar
- Komplayens xidmətinin mütəxəssisi"Qala Sığorta" ASC · 29 oktyabr 2026
- Məhkəmə Qaydasında Borcların Tutulması üzrə MütəxəssisNBCO KredAqro · 29 oktyabr 2026
- Daxili nəzarət üzrə mütəxəssisAvrora · 28 oktyabr 2026
- Məhkəmə işləri üzrə aparıcı hüquqşünasOBA marketlər şəbəkəsi · 28 oktyabr 2026
- Problemli Borcların Hüquqi İdarə Edilməsi Şöbəsinin RəhbəriNBCO KredAqro · 28 oktyabr 2026
- Məhkəmə yolu ilə borcların tutulması üzrə mütəxəssisNBCO KredAqro · 28 oktyabr 2026