Məzmuna keçin
Tabaterra MMC yerləşdirilib

Anbardar – Balakən

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

İş yeri: Balakən

Vəzifə öhdəlikləri

Anbara daxil olan məhsulların qəbulunu, barkodlaşdırılmasını və sistemə düzgün şəkildə mədaxil edilməsini təmin etmək;

Anbardan çıxarılan məhsulların müvafiq prosedurlara uyğun sənədləşdirilməsinə nəzarət etmək;

Anbar qalığının düzgünlüyünü mütəmadi yoxlamaq və fiziki qalıqların sistem məlumatlarına uyğunluğunu təmin etmək;

Məhsulların adlarına və müəyyən edilmiş qaydalara uyğun olaraq anbarda yerləşdirilməsinə və saxlanılmasına nəzarət etmək;

1C proqramı üzərindən anbar əməliyyatlarını, o cümlədən silinmə əməliyyatlarını aparmaq;

Anbar üzrə müvafiq sənədlərin və uçot məlumatlarının düzgünlüyünü təmin etmək;

Anbarda nizam-intizamın və məhsulların düzgün saxlanma qaydalarının qorunmasını təmin etmək.

Tələblər

  • 1C proqramı ilə işləmək bacarığı
  • Microsoft Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı
  • Diqqətlilik, dəqiqlik və məsuliyyətlilik
  • Komanda ilə işləmək və iş prosesini düzgün təşkil etmək bacarığı

Üstünlük hesab olunur

  • Müvafiq sahədə iş təcrübəsi arzuolunandır

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →