Aşpaz köməkçisi (Demi Chef)

İşin təsviri

· Menyu üçün xammalın miqdarını müəyyən etmək və hazırlamaq, reseptlərə və texniki şərtlərə uyğun olaraq keyfiyyət və üslub tələblərini təyin etmək;

· Alınan məmulatların kəmiyyətini və keyfiyyətini yoxlamaq;

· Çörək məmulatları və ya souslar kimi inqrediyentləri qarışdırmaq;

· Növbəti mərhələlərdə istifadə edilməsi üçün ət və s. bu kimi məmulatları ilkin bişirmək;

· Banketlər və ziyafətlər üçün müxtəlif yeməklər bişirmək;

· Müxtəlif mətbəx alət və avadanlıqlarından istifadə etməklə müvafiq reseptlərə və ya fərdi ideyalara uyğun olaraq inqrediyentləri çəkmək, ölçmək və qarışdırmaq;

· Sobaların, ocaqların, qrillərin və qızartma aparatlarının temperaturunu tənzimləməklə ərzağın düzgün temperaturda saxlanıldığını və bişirildiyini təmin etmək;

· Ərzaq və inqrediyentlərin təzəliyini təmin etmək üçün onların keyfiyyətini yoxlamaq, köhnə və yeni məmulatları izləmək və ehtiyatları yeniləmək.

· Müvafiq standartlara və ya xüsusi hazırlanmış reseptlərə uyğun olaraq ərzağı bişirmək.

· Eyni zamanda bir neçə sifariş üzrə işləyən zaman hər bir müştəri tərəfindən verilən sifarişi dəqiq şəkildə hazırlamaq;

· İş başlamamışdan öncə mətbəxi hazırlamaq;

· İstifadə edilən və təchiz edilən ərzağa dair qeydlər aparmaq

Tələblər

Tələblər:

· Müvafiq sahədə minimum 1 il iş təcrübəsi

· Müxtəlif iş qrafiklərində işləmək bacarığı;

· Komandada işləmək bacarığı;

· Diqqətli, məsuliyyətli və cəld.