İşin təsviri
- Qrup daxili sağlamlıq müəssisəsinin və ya sağlamlıq proqramının əməliyyatlarını və fəaliyyətinin keyfiyyət siyasətini və prosedurlarını hazırlanması işini təşkil etmək.
- Tibbi komandaların proseslərinin keyfiyyətə nəzarət sisteminə nəzarət etmək və idarə etmək.
- Audit planlarını tərtib etmək və nəticələr barədə departament direktoruna hesabat vermək.
- Keyfiyyət sistemlərinin (ISO, yerli standartlar) tətbiqinə və saxlanmasına nəzarət etmək.
- Keyfiyyətə nəzarətin illik fəaliyyət planını və KPI-larını müəyyənləşdirmək.
- Sağlamlıq və tibbi otellərdə tibbi xidmət prosesləri üzrə auditlər aparmaq.
- Uyğunsuzluqları müəyyənləşdirmək, hesabat tərtib etmək və düzəldici tədbirlər planını izləmək.
- Keyfiyyətə nəzarət prosesləri üzrə qrupdaxili mövcud otellərin məsuliyyətinin daşımaq.
- Grupdaxili müəssisələrdə müvafiq əməkdaşlara keyfiyyət üzrə təlimləri təşkil etmək.
- Tibbi prosedurların, müalicə protokollarının və pasiyent təhlükəsizliyi proseslərinin icrasına nəzarət etmək.
- Sağlamlıq və tibb müəssisələrində klinik səhvlər və hadisələr üzrə təhlillər aparmaq.
- Tibbi personalın keyfiyyətlə bağlı maarifləndirilməsində iştirak etmək.
- Qonaq rəy və anketlərini təhlil etmək, xidmət keyfiyyətini ölçmək.
- Şikayətlərin idarə olunmasını və cavablandırılmasını əlaqələndirmək.
- Tibbi və ümumi rəhbərlər ilə birlikdə xidmətin təkmilləşdirilməsi üzrə planlar hazırlamaq.
- Keyfiyyət göstəricilərinin aylıq və rüblük hesabatlarını hazırlamaq.
- Audit nəticələri, şikayətlər, hadisə hesabatları və infeksiya göstəricilərinin arxivləşdirilməsinə nəzarət etmək.
- Elektron sənədləşmə sisteminin idarə olunmasında iştirak etmək.
- Təyin olunmuş tibbi əməliyyatların tənzimləyən vacib və müvafiq qanunlar, qaydalar, siyasət və prosedurlardan xəbərdar olmaq.
- Yeni xidmətlərin tətbiqinin, mövcud xidmətlərin inkişafı üzrə həyata keçirilən dəyişikliklərin xidmət keyfiyyətinə təsiri barədə təhlillər aparmaq.
Tələblər
Təhsil:
- Ali ( Tibb,İctimai səhiyyə, Biologiya)
- İSO 9001
- İSO 7101
- İSO 15189
- İSO 13485
İş təcrübəsi:
- Tibb sahəsində idarəetmədə minimum 5 il
Bilik və Bacarıqlar:
- Ünsiyyət bacarıqları: Əla dinləmə, danışma və yazı bacarıqları olmalıdır (azərbaycan, rus və ingilis dillərində).
- Detallara diqqətli olmaq: Planlaşdırma və hesablama kimi iş vəzifələrini yerinə yetirməyi bacarmalıdır
- Analitik Bacarıqlar: Yeni qanun və qaydaları anlamalı və onlara uyğunlaşmağı bacarmalıdır
- Problem həll etmə bacarığı: Problemləri müəyyən etməyi və sonra onları effektiv şəkildə həll etməyi bacarmalıdır.
- Tibbi müəssisələr üçün normativ hüquqi sənədlər:
Səhiyyə Nazirliyinin tələbləri.
Klinik protokollar və keyfiyyət standartları.
Tibbi cihazların qeydiyatı və sertifikatlaşdırılması qaydaları.
- Klinik proseslərin keyfiyyət standartlarına uyğun idarəedilmə qaydaları
- Laboratoriya proseslərinin keyfiyyətinə nəzarət.
- Risk menecmenti(xəstə təhlükəsizliyi, infeksion nəzarət, dərman təhlükəsizliyi).
- Daxili audit ,Kök səbəb analizi (RCA, CAPA)bilikləri.
Kompüter bilikləri:
- MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə.
- Elektron tibbi informasiya sistemləri ilə işləmək bacarığı üstünlükdür.
- Keyfiyyət idarəetmə sistemləri(QMS) barədə biliklər.
Dil bilikləri:
- Azərbaycan dili – sərbəst;
- Rus və ya ingilis dili – yaxşı səviyyədə;
Digər üstünlüklər:
- Nahar şirkət tərəfindən təmin edilir.
- Korporativ nömrə və danışıq paketi.
- Tibbi sığorta.
İş yeri:
- Fəaliyyət ünvanı: Bakı şəhəri,Azərbaycan/ “TABIA GROUP” MMC