Məzmuna keçin
TAİS İKF yerləşdirilib

Elektrik

Şəhər
Bakı

Vakansiya haqqında

TAİS-İKF MMC komandamıza məsuliyyətli və təcrübəli “Elektrik” axtarırıq.

Vəzifə öhdəlikləri:

Müəssisənin elektrik avadanlıqlarının və elektrik şəbəkələrinin işlək vəziyyətdə saxlanılmasını təmin etmək

Elektrik mühərriklərinə, paylayıcı lövhələrə, avtomat açarlara, işıqlandırma sistemlərinə və digər elektrik qurğularına texniki xidmət göstərmək

Elektrik sistemlərində yaranan nasazlıqları müəyyən etmək və aradan qaldırmaq

Elektrik avadanlıqlarının profilaktik baxışını və planlı təmirini həyata keçirmək

Elektrik xətlərinin, kabellərin və birləşmələrin texniki vəziyyətini yoxlamaq

Elektrik enerjisindən səmərəli və qənaətli istifadə olunmasına nəzarət etmək

Elektrik təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət etmək

Təmir və quraşdırma işləri zamanı müvafiq texniki norma və standartlara əməl etmək

İş şəraiti:

İş qrafiki: 6 günlük iş rejimi

Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir

İş yeri: TAİS-İKF MMC

Ünvan: Bakı şəhəri

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Elektrik” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Müvafiq vəzifə üzrə 3-5 il iş təcrübəsi
  • Müvafiq elektrik təhlükəsizliyi üzrə bilik və ixtisas səviyyəsinə malik olmaq
  • Komandada işləmək bacarığı
  • Məsuliyyətli, intizamlı və diqqətli olmaq
  • İş prosesini düzgün planlaşdırmaq və vaxtı səmərəli idarə etmək

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →