Məzmuna keçin
TAİS İKF yerləşdirilib

Santexnik

Şəhər
Bakı

Vakansiya haqqında

TAİS İKF MMC komandamıza məsuliyyətli və təcrübəli “Santexnik” axtarırıq.

Vəzifə öhdəlikləri:

Su təchizatı, kanalizasiya və istilik sistemlərinin quraşdırılması, təmiri və texniki xidmətini həyata keçirmək

Su borularında, kranlarda, ventillərdə və digər santexnik avadanlıqlarda yaranan nasazlıqları aşkar etmək və aradan qaldırmaq

Boru xətlərində su sızmalarını, tutulmaları və təzyiq problemlərini müəyyən etmək və aradan qaldırmaq

Santexnik avadanlıqların profilaktik baxışını və planlı texniki xidmətini yerinə yetirmək

Təmir və quraşdırma işləri zamanı müvafiq texniki norma və təhlükəsizlik qaydalarına riayət etmək.

İş zamanı istifadə olunan alət və avadanlıqları saz və işlək vəziyyətdə saxlamaq

İstifadə olunan ehtiyat hissələrinin və materialların sərfiyyatına nəzarət etmək

Aşkar edilmiş ciddi nasazlıqlar və qəza halları barədə birbaşa rəhbərliyə məlumat vermək

Görülmüş işlər və təmir nəticələri barədə hesabat vermək

İş şəraiti:

İş qrafiki: 6 günlük iş rejimi (şənbə qısa iş günü)

Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir

Şirkət: TAİS İKF MMC

Ünvan: Nərimanov rayonu

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Santexnik” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi
  • Su təchizatı, kanalizasiya və istilik sistemlərinin quruluşunu və iş prinsipini bilmək
  • Santexnik alətləri və avadanlıqlarından düzgün istifadə etməyi bacarmaq
  • Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarını bilmək və onlara riayət etmək
  • Məsuliyyətli, intizamlı, diqqətli və operativ olmaq

Üstünlük hesab olunur

  • Müvafiq sahə üzrə peşə təhsili və ya orta ixtisas təhsili arzuolunandır

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →