Məzmuna keçin
TAİS İKF yerləşdirilib

Steward (Təmizlik işçisi)

Elan yalnız kişilər üçün nəzərdə tutulub

Maaş
700 – 800 AZN
Şəhər
Bakı

Vakansiya haqqında

Satış obyektlərimizə məsuliyyətli və çevik bəy namizəd Steward (Təmizlik işçisi) axtarırıq

Vəzifə öhdəlikləri:

Qab-qacaq, mətbəx avadanlıqları, inventar və digər yuyula bilən əşyaları müəyyən edilmiş qaydalara uyğun yumaq və dezinfeksiya etmək

Təmiz yuyulmuş qab-qacağı qurudaraq müəyyən edilmiş yerlərdə səliqəli şəkildə yerləşdirmək

Qabların yuyulması zamanı yuyucu və dezinfeksiyaedici vasitələrdən təlimata uyğun istifadə etmək

Qab-qacaq və mətbəx inventarının gigiyenik vəziyyətinə nəzarət etmək

Mətbəxin, qab yuma sahəsinin, anbar və digər yardımçı sahələrin təmizliyini təmin etmək. Döşəmə, divar, iş səthləri, rəflər, zibil qabları və digər sahələrin təmizliyində iştirak etmək

Mətbəx avadanlıqlarının və inventarının təmizlənməsində aşpazlara və digər mətbəx əməkdaşlarına kömək etmək

Tullantıları müəyyən edilmiş qaydalara uyğun toplamaq, çeşidləmək və təyin olunmuş əraziyə çıxarmaq

Zibil qablarının vaxtında boşaldılmasını və təmiz saxlanılmasını təmin etmək

Qab-qacaq, avadanlıq və inventarda sınıq, çat, nasazlıq və ya digər qüsurlar aşkar etdikdə dərhal məsul şəxsə məlumat vermək

Təmizlik vasitələrinin düzgün və təhlükəsiz saxlanılmasını təmin etmək

Mətbəx və yardımçı sahələrdə sürüşmə, su sızması, avadanlıq nasazlığı və digər təhlükəli vəziyyətləri dərhal rəhbərliyə bildirmək

İş şəraiti:

İş qrafiki: 6 günlük iş rejimi

Əmək haqqı: 700-800 AZN (nett)

İş yeri: Şirinpay restoranı

Ünvan: Bakı şəhəri, Xəzər rayonu

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Steward (Təmizlik işçisi)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

Tələblər

  • Mətbəx və təmizlik işlərində səliqəli və diqqətli olmaq
  • İş intizamına və sanitariya-gigiyena qaydalarına riayət etmək
  • Komandada işləmək bacarığı
  • Məsuliyyətli, punktual və işinə ciddi yanaşmaq

Üstünlük hesab olunur

  • Restoran və ya mətbəxdə iş təcrübəsi arzuolunandır

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →