Məzmuna keçin
TAİS İKF yerləşdirilib

Təmizlik meneceri (Cleaning Manager)

Şəhər
Bakı

Vakansiya haqqında

TAİS İKF MMC komandamıza peşəkar və təcrübəli Təmizlik meneceri ( Cleaning Manager) axtarırıq.

Vəzifə öhdəlikləri:

Müəssisənin bütün inzibati, istehsalat və ümumi istifadə sahələrində təmizlik işlərinin planlaşdırılması, təşkili və nəzarətini həyata keçirmək

Təmizlik heyətinin gündəlik fəaliyyətini koordinasiya etmək, iş bölgüsünü aparmaq və iş qrafiklərini hazırlamaq

Təmizlik standartlarının və sanitariya-gigiyena qaydalarının tətbiqini təmin etmək

Təmizlik işlərinin keyfiyyətinə mütəmadi nəzarət etmək, aşkar edilmiş nöqsanların operativ şəkildə aradan qaldırılmasını təmin etmək

Təmizlik işlərində istifadə olunan avadanlıq, inventar, yuyucu və dezinfeksiyaedici vasitələrin düzgün istifadəsinə nəzarət etmək

Təmizlik materiallarının ehtiyac planlamasını aparmaq, ehtiyatların izlənilməsini və vaxtında sifariş edilməsini təmin etmək

Təmizlik heyətinin işə adaptasiyası, təlimləndirilməsi və fəaliyyətinin qiymətləndirilməsi proseslərində iştirak etmək

Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitariya qaydalarına riayət olunmasını təmin etmək

Podratçı təmizlik şirkətləri ilə əməkdaşlığı koordinasiya etmək və göstərilən xidmətlərin keyfiyyətinə nəzarət etmək

Rəhbərlik tərəfindən tələb olunan hesabatları hazırlamaq və təqdim etmək

Təmizlik proseslərinin optimallaşdırılması və xidmət keyfiyyətinin artırılması ilə bağlı təkliflər vermək

Şirkətin korporativ standartlarına uyğun təmiz, təhlükəsiz və səliqəli iş mühitinin qorunmasını təmin etmək

Daxili auditlər, dövlət qurumları tərəfindən keçirilən yoxlamalar və sertifikatlaşdırma prosesləri zamanı təmizlik sahəsi üzrə tələb olunan sənədləri hazırlamaq və dəstək göstərmək

Şirkətin əmlakının, inventarlarının və iş mühitinin qorunmasına dəstək göstərmək, aşkar edilmiş texniki və sanitariya problemləri barədə aidiyyəti şöbələri məlumatlandırmaq

İş şəraiti:

6 günlük iş qrafiki

Peşəkar inkişaf və karyera yüksəlişi imkanları

Dinamik və peşəkar iş mühiti

Əmək haqqı müsahibə əsasında müəyyən edilir

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “ Təmizlik meneceri ( Cleaning Manager)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

Tələblər

  • Ali və ya müvafiq sahə üzrə peşə təhsili
  • Təmizlik xidmətlərinin idarə olunması sahəsində minimum 3 il iş təcrübəsi
  • Sanitariya, gigiyena və təmizlik standartları barədə biliklər
  • Təmizlik proseslərinin planlaşdırılması, nəzarəti və hesabatlılığının aparılması bacarığı
  • Problemlərin operativ həlli, qərarvermə və təşkilatçılıq bacarıqları
  • Yüksək məsuliyyətlilik, intizamlılıq və nəticəyönümlülük
  • Komandada işləmək və kollektivi idarə etmək bacarığı

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →