Vakansiya haqqında
Hazırda komandamıza tender proseslərinin idarə olunması, kommersiya təkliflərinin hazırlanması, korporativ müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi, eləcə də yeni satış imkanlarının müəyyənləşdirilməsi üzrə fəaliyyət göstərəcək məsuliyyətli və təşəbbüskar Tender və Korporativ Satışlar üzrə mütəxəssis axtarırıq.
Vəzifə öhdəlikləri
Dövlət və özəl sektorda elan edilən tenderlərin gündəlik izlənilməsi və uyğun layihələrin müəyyən edilməsi.
Şirkətin fəaliyyət istiqamətlərinə uyğun tenderlərdə iştirakın təşkili.
Tender sənədlərinin, texniki tapşırıqların və BOQ fayllarının təhlili.
İstehsalçılar, distribütorlar və təchizatçılarla əlaqə saxlayaraq qiymət təkliflərinin alınması.
Satış və texniki komanda ilə birlikdə kommersiya təkliflərinin hazırlanması.
Tender sənədlərinin hazırlanması və elektron portallara yüklənməsi.
Sifarişçilərlə danışıqların aparılması və tender prosesinin izlənilməsi.
Yeni müştərilərin, layihə təşkilatlarının cəlb edilməsi.
Tender nəticələrinin təhlili və rəhbərliyə hesabatların təqdim edilməsi.
Qazanılmış tenderlərin icra komandasına ötürülməsi və müqavilə prosesinin koordinasiyası.
İş şəraiti
İş yeri: Bakı, Çinar park biznes mərkəzi, Techtonas MMC
İş rejimi: Həftə içi 5 gün, 09:00-18:00
Əmək haqqı: 1000 – 1500 AZN + mənfəətə bağlı bonus (Namizədin bacarıqlarından aslı olaraq əmək haqqı arta bilər)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Tələblər
- Tender və ya B2B satış sahəsində minimum 1-2 il təcrübə
- Dövlət satınalmaları və elektron tender portalları ilə işləmə bacarığı
- Excel və digər MS Office proqramlarında sərbəst işləmək
- Texniki sənədləri və kommersiya təkliflərini təhlil etmək bacarığı
Üstünlük hesab olunur
- İngilis və rus dili biliyi üstünlükdür
- IT avadanlıqları və xidməti, zəif axın, təhlükəsizlik sistemləri sahəsində təcrübə üstünlükdür
Oxşar elanlar
- Korporativ satış üzrə mütəxəssisAteshgah Sigorta · Bu gün
- Специалист по сбору информации/ Ərazilərin təyini üzrə piyada mütəxəssis2GİS · Bu gün
- Sales Director / Satış üzrə direktorTABIA Group · Bu gün
- Birbaşa satışlar şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisiBank VTB (Azərbaycan) · Dünən
- Satış ekspeditoru (şəbəkə marketlər və HoReCa)Moya Trade · Dünən
- Satışdan əvvəl yoxlama üzrə mütəxəssisPASHA Real Estate Group · Dünən