Məzmuna keçin
TREVA yerləşdirilib

Resale Sales Manager

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

İş yeri: Bayıl, Sabah Residence

Vəzifə haqqında

TREVA Real Estate daşınmaz əmlak bazarında satışı sistemləşdirən, texnologiya və nəticə yönümlü yanaşma ilə çalışan şirkətdir.

Hazırda Resale (ikinci bazar) istiqamətimizi inkişaf etdiririk və bu sahənin qurulmasında iştirak edəcək, satış proseslərini idarə edə biləcək Resale Satış Məsləhətçisi axtarırıq.

Bu rolda siz daşınmaz əmlak satış prosesinin bütün mərhələlərində iştirak edəcək, müştəri münasibətlərini idarə edəcək və uğurlu sövdələşmələrin bağlanmasına cavabdeh olacaqsınız.

Əsas vəzifələr:

Satıcılarla əlaqə qurmaq, daşınmaz əmlak obyektlərini analiz etmək və qiymətləndirmək;

Yeni obyektlərin portfelə əlavə olunması və eksklüziv əməkdaşlıqların qurulması;

Alıcı müraciətlərini idarə etmək, ehtiyaclarını müəyyənləşdirmək və uyğun seçimlər təqdim etmək;

Müştərilərlə görüşlərin və daşınmaz əmlak baxışlarının təşkili;

Satış prosesini ilkin əlaqədən müqavilənin bağlanmasına qədər idarə etmək;

Danışıqları aparmaq və satış nəticələrinə cavabdeh olmaq;

CRM sistemində müştəri və obyekt məlumatlarını düzgün şəkildə qeyd etmək.

Tələblər

  • Satış sahəsində minimum 2 il iş təcrübəsi
  • Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı
  • Satış nəticələrinə fokuslanan və məqsədyönlü yanaşma
  • CRM sistemləri ilə işləmə bacarığı
  • Azərbaycan və Rus dilində sərbəst danışıq və yazı bacarığı
  • Müstəqil, məsuliyyətli və aktiv iş prinsipi

Üstünlük hesab olunur

  • Daşınmaz əmlak, bank, sığorta və ya digər satış sahələri üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →