Vakansiya haqqında
İş şəraiti
İş yeri: Bakı, Bayıl – Sabah Residence
Məşğulluq növü: Tam ştat
Əmək haqqı: Sabit aylıq əmək haqqı + satış bonusları
Hazırda satış komandamızı genişləndiririk və müştəri münasibətlərinin idarə olunması, daşınmaz əmlak layihələrinin təqdimatı və satış hədəflərinin həyata keçirilməsinə cavabdeh olacaq Sales Manager axtarırıq.
Vəzifə öhdəlikləri
Daxil olan potensial müştəri müraciətlərinin (lead) operativ şəkildə cavablandırılması və idarə edilməsi;
Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun daşınmaz əmlak layihələrinin təqdim edilməsi;
Müştərilərlə görüşlərin təşkili, layihə təqdimatlarının və satış danışıqlarının aparılması;
Potensial müştərilərlə müntəzəm əlaqənin saxlanılması və satış prosesinin izlənilməsi;
Satış prosesinin ilkin müraciətdən müqavilənin bağlanmasına qədər idarə edilməsi;
CRM sistemində müştəri məlumatlarının və satış mərhələlərinin mütəmadi yenilənməsi;
Müəyyən edilmiş satış planlarının və KPI göstəricilərinin yerinə yetirilməsi;
Komanda ilə koordinasiyalı şəkildə çalışaraq ümumi satış nəticələrinə töhfə verilməsi.
Tələblər
- Daşınmaz əmlak satışı sahəsində iş təcrübəsi
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı
- Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı
- Müştəri ehtiyaclarını düzgün müəyyənləşdirmək və uyğun satış həlləri təklif etmək bacarığı
- Potensial müştərilərlə effektiv işləmək və satış prosesini uğurla yekunlaşdırmaq bacarığı
- Satış planları və KPI göstəriciləri ilə işləməyə hazırlıq
- Məsuliyyətlilik, təşəbbüskarlıq və komandada işləmək bacarığı
Üstünlük hesab olunur
- İngilis dili biliyi üstünlükdür
Oxşar elanlar
- Telesatış üzrə MütəxəssisBaku Holiday Travel · Bu gün
- Sales Specialist – Construction & Building SolutionsIKMA Azerbaijan · Bu gün
- Sales Team ManagerTREVA · Bu gün
- Satış üzrə məsləhətçiGroup Motors · Dünən
- Satış üzrə MütəxəssisKaraca · 2 gün əvvəl
- Çağrı Mərkəzi OperatoruNooshCard MMC · 3 gün əvvəl