Məzmuna keçin
TuranBank ASC yerləşdirilib

Data mühəndisliyi üzrə mütəxəssis / aparıcı mütəxəssis

Şəhər
Bakı

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri

Bankın müxtəlif informasiya sistemlərindən məlumatların toplanması, inteqrasiyası və analitik istifadəyə hazırlanması;

Məlumatların emalı və ötürülməsi üçün ETL/ELT proseslərinin layihələndirilməsi, hazırlanması və optimallaşdırılması;

Data Warehouse və digər məlumat saxlama platformalarının inkişaf etdirilməsi;

Analitik və hesabatlıq ehtiyaclarına uyğun məlumat modellərinin hazırlanması;

Məlumat axınlarının (Data Pipeline) etibarlılığının, davamlılığının və performansının təmin edilməsi;

Məlumatların keyfiyyətinin standartlara uyğunluğunun yoxlanılması, uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması;

Digər bölmələrlə əməkdaşlıq edərək analitik ehtiyacların texniki həllərlə təmin edilməsi;

Data standartlarının və data idarəetmə tələblərinin tətbiqində iştirak.

​​​​​​ Namizədə dair tələblər

Kompüter elmləri, informasiya texnologiyaları, mühəndislik və ya əlaqəli sahələr üzrə ali təhsil;

SQL, PL/SQL və verilənlər bazaları ilə işləmək üzrə biliklər;

Python və məlumatların emalı üçün müvafiq kitabxanalarla işləmək bacarığı;

ETL/ELT prosesləri və məlumatların inteqrasiyası üzrə biliklər və praktiki təcrübə;

Data Warehouse və məlumat modelləşdirilməsi prinsipləri üzrə biliklər;

Relyasiyalı verilənlər bazalarının strukturu və bu struklturların hesabatlıq yönümlü optimallaşdırılması üzrə biliklər;

Məlumatların keyfiyyətinin yoxlanılması və məlumat axınlarında xətaların aşkarlanması üsulları üzrə biliklər;

Analitik düşüncə, problem həll etmə və komanda ilə işləmək bacarığı.

İngilis dili bilikləri, əsasən texniki sənədləri oxumaq və anlamaq səviyyəsində.

Üstünlük verilir:

Bank və ya maliyyə sektorunda iş təcrübəsi;

Apache Airflow və ya digər Data Orchestration alətləri üzrə biliklər;

Git və versiyaya nəzarət sistemləri ilə işləmək təcrübəsi.

Vakansiyaya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “ İşə Qəbul Portalı ”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →