Məzmuna keçin
Uniser Group yerləşdirilib

Junior Business Analyst

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Vakansiya haqqında

Komandamıza biznes proseslərinin təhlili, tələblərin toplanması və rəqəmsal həllərin hazırlanması istiqamətində fəaliyyət göstərəcək Junior Business Analyst axtarırıq.

Əsas vəzifə öhdəlikləri:

Biznes istifadəçilərindən və sifarişçilərdən tələblərin toplanmasında iştirak etmək;

Mövcud biznes proseslərini araşdırmaq və təhlil etmək;

Biznes tələblərinin strukturlaşdırılması və sənədləşdirilməsinə dəstək göstərmək;

Texniki tapşırıqların (Technical Specification), User Story və Use Case sənədlərinin hazırlanmasında iştirak etmək;

Biznes proseslərinin modelləşdirilməsi və diaqramların hazırlanmasına dəstək göstərmək;

Proqram təminatının test edilməsi və nəticələrin yoxlanılmasında iştirak etmək;

Proqramçılar, test mühəndisləri və digər komanda üzvləri ilə koordinasiyalı işləmək;

Layihə sənədlərinin hazırlanması və yenilənməsini həyata keçirmək.

İş şəraiti:

İş qrafiki: Bazar ertəsi – Cümə;

İş saatları: 08:00–17:00;

İstirahət günləri: Şənbə və bazar;

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş bayram və digər qeyri-iş günləri istirahət günləridir;

Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək;

İş forması: Tam iş günü.

Tələblər

  • Ali təhsil (İnformasiya texnologiyaları, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə)
  • Biznes analitik və ya əlaqəli sahədə 0–1 il iş təcrübəsi
  • Analitik düşünmə və problem həll etmə bacarığı
  • Biznes tələblərinin toplanması və sənədləşdirilməsi üzrə ilkin biliklər
  • BPMN və UML üzrə baza bilikləri
  • MS Office proqramları, xüsusilə Excel və Word ilə işləmək bacarığı
  • Jira, Confluence və ya analoji layihə idarəetmə alətləri üzrə biliklər
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı
  • Komanda ilə işləmək, məsuliyyətlilik və öyrənməyə açıqlıq

Üstünlük hesab olunur

  • Rus dili biliyi üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →