Vakansiya haqqında
Vakansiya haqqında
Komandamıza biznes proseslərinin təhlili, informasiya sistemlərinin inkişafı və rəqəmsal həllərin tətbiqi istiqamətində müstəqil fəaliyyət göstərə biləcək Middle Business Analyst axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
Sifarişçilər və maraqlı tərəflərlə görüşlər keçirərək biznes ehtiyaclarını və tələblərini müəyyənləşdirmək;
Biznes tələblərini təhlil etmək, sistem və funksional tələblərə çevirmək;
Mövcud (AS-IS) və hədəf (TO-BE) biznes proseslərini təhlil etmək və modelləşdirmək;
Texniki tapşırıqların (Technical Specification), BRD, SRS, Functional Requirements, User Story və Use Case sənədlərini hazırlamaq;
BPMN və UML diaqramları vasitəsilə biznes və sistem proseslərini modelləşdirmək;
Sistemlərarası inteqrasiya tələblərini təhlil etmək və API-lərlə bağlı texniki tələbləri formalaşdırmaq;
Proqram təminatının funksional tələblərə uyğunluğunu yoxlamaq və UAT prosesində iştirak etmək;
Development, QA və Project Management komandaları ilə sıx əməkdaşlıq etmək;
Tələblərdə baş verən dəyişiklikləri idarə etmək və müvafiq sənədləri yeniləmək;
Layihələrin icrası zamanı yaranan biznes və funksional uyğunsuzluqları təhlil edərək həll yolları təklif etmək;
Biznes proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması üzrə təkliflər hazırlamaq.
İş şəraiti:
İş qrafiki: Bazar ertəsi – Cümə;
İş saatları: 08:00–17:00;
İstirahət günləri: Şənbə və bazar;
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş bayram və digər qeyri-iş günləri istirahət günləridir;
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək;
İş forması: Tam iş günü.
Tələblər
- Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə)
- Biznes analitik və ya İT analitika sahəsində 1–3 il iş təcrübəsi
- Biznes və funksional tələblərin müstəqil toplanması, təhlili və sənədləşdirilməsi bacarığı
- BRD, SRS, FRS, User Story və Use Case sənədlərinin hazırlanması üzrə təcrübə
- BPMN 2.0 və UML modelləşdirmə standartları üzrə biliklər
- SQL üzrə işlək biliklər
- REST API, JSON və sistemlərarası inteqrasiya prinsipləri üzrə biliklər
- Jira, Confluence, Azure DevOps və ya analoji alətlərlə iş təcrübəsi
- Agile/Scrum və Waterfall metodologiyaları üzrə biliklər
- Funksional test və UAT proseslərinin təşkili və icrasında iştirak təcrübəsi
- Güclü analitik düşünmə, problem həll etmə və kommunikasiya bacarığı
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı
Üstünlük hesab olunur
- Rus dili biliyi üstünlükdür
Oxşar elanlar
- Junior Business AnalystUniser Group · 2 gün əvvəl
- Finance ManagerAgro Dairy · 2 gün əvvəl
- Marja ticarəti üzrə risk menecerUnicapital · 2 gün əvvəl
- Maliyyə üzrə kiçik auditorKristal · 3 gün əvvəl
- MühasibFTL MMC · 3 gün əvvəl
- AML və Monitorinq şöbəsinin Əməliyyatların monitorinqi istiqamətinin MütəxəssisiPasha Bank · 3 gün əvvəl