Məzmuna keçin
Xırman MMC yerləşdirilib

Baş Mühasib

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

İş barədə məsuliyyətlər:

Vergi, mühasibat uçotu, DSMF və Statistika hesabatlarının qanunvericiliyə uyğun hazırlanması və vaxtında təqdim edilməsi;

Bütün növ maliyyə hesabatlarının tərtib olunması;

Mühasibatlıq şöbəsinin işinin təşkili və komandanın idarə edilməsi;

İstehsal sahəsində mühasibat uçotunun düzgün qurulması, maya dəyərinin hesablanması və xərclərə nəzarət edilməsi;

Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotunun aparılması, onların hərəkəti ilə bağlı əməliyyatların mühasibatlıqda vaxtında əks etdirilməsini təmin etmək;

Əsas vəsaitlərin uçotunun aparılması, müəyyən edilmiş müddətlərdə inventarizasiyada iştirak və nəzarət edilməsi;

Daxili mühasibatlıq sistemində köçürmələrin idarə olunması;

Təchizatçılar və müştərilərlə yazışmaların aparılması, vaxtında təsdiqedici sənədlərin əldə edilməsi/təqdim olunması;

Əməkhaqqı hesablanması və müvafiq əməliyyatların düzgün və vaxtında icra edilməsi;

İş prosesində məlumatların məxfiliyinin qorunması.

İş şəraiti:

İş yeri: Bakı şəhəri, Binəqədi yolu 100

İş qrafiki: Həftə içi 6 gün

Əməkhaqqı: Müsahibə əsasında (namizədin bilik və təcrübəsinə uyğun olaraq təyin ediləcək);

Nahar ilə təmin olunma;

Korporativ mobil nömrə;

Rahat və stabil iş mühiti.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə mütləq “Baş Mühasib” yazaraq göndərmələri xahiş olunur.

Tələblər

  • Təhsil: Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil
  • Təcrübə: Baş mühasib və ya müvafiq sahə üzrə 5il iş təcrübəsi (istehsal sahəsində iş təcrübəsi mütləqdir)
  • Sertifikatlar: Müvafiq sahə üzrə peşəkar sertifikatların olması mütləqdir (Məsələn: Peşəkar Mühasib Sertifikatı - PMS, DipIFR, ACCA və ya digər beynəlxalq/yerli maliyyə sertifikatları)
  • Proqram bilikləri: 1C, Excel və Elektron Hökumət Portalı ilə sərbəst işləmək bacarığı, Microsoft Office proqramları
  • Qanunvericilik bilikləri: Vergi və əmək qanunvericiliyinin əsasları
  • Peşəkar bacarıqlar: Balansın çıxarılması, mal-materialların uçotunun aparılması, analitik təhlil, istehsal xərclərinin uçotu və komandanı idarə etmək bacarığı
  • Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (mükəmməl)

Üstünlük hesab olunur

  • İngilis dili bilikləri arzuolunandır

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →