İşin təsviri
- Müxtəlif kanallardan daxil olan bütün müştəri sorğuları ilə işləmək, müştəriləri lazımi qaydada məlumatlandırmaq və bütün müştəri sorğuları üzrə yüksək keyfiyyətli xidmət göstərmək;
- Kredit və qeyri-kredit məhsulları üzrə onlayn xidmətin təşkili, idarə olunması və yönləndirilməsi;
- Bankın elektron kanalları vasitəsi ilə daxil olmuş kredit (kredit kartı) sifarişlərinin satışının təşkili;
- Bankın mövcud, həmçinin yeni müştərilərinə telefon vasitəsi ilə bank məhsullarının satışının icra edilməsi;
- Gördüyü işlərlə bağlı gündəlik, aylıq, rüblük, illik hesabatı hazırlayıb qrup rəhbərinə, şöbə müdirinə təqdim etmək;
- Aylıq, rüblük və illik hədəflər üzrə təyin edilmiş satış planlarının yerinə yetirilməsi;
- Birbaşa rəhbər tərəfindən tapşırılan vəzifəsinə aid digər öhdəlikləri yerinə yetirmək;
- Bankın Sağlamlıq və Təhlükəsizlik siyasətinin tələblərinə və verilə biləcək əlavə təhlükəsizlik tələblərinə riayət etmək.
Tələblər
- Ali təhsil;
- Səlis Azərbaycan dili (rus dili biliyi arzuolunandır);
- Qoyulan hədəflərə çatma qabiliyyəti;
- İnduktiv və analitik təhlil bacarığı;
- Komandada işləmə bacarığı;
- Dəqiqlik, vaxtın düzgün idarə olunması qabiliyyəti;
- Yüksək kommunikasiya və təqdimetmə bacarığına malik şəxs.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirilməsi və gələcək karyeranızı qurmaq üçün geniş imkanlar;
- Tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.