Məzmuna keçin
Bu elanın müddəti bitib. Səhifə arxivdə qalır. Aşağıda oxşar aktiv elanlar var.Oxşar elanlar
ABV yerləşdirilib

Müştəri Əlaqələri üzrə Operator

Şəhər
Bakı
İş növü
Tam iş günü

Oxşar aktiv elanlar

Bütün Bakı vakansiyaları →

Vakansiya haqqında

Vəzifə haqqında

Vəzifənin əsas məqsədi ofisə daxil olan qonaqların qarşılanması və inzibati proseslərin koordinasiyası ilə yanaşı, fərdi və korporativ müştərilərlə əlaqələrin qurulması, müştəri məmnuniyyətinin öyrənilməsi, rəylərin sistemləşdirilməsi və müvafiq hesabatların hazırlanmasını təmin etməkdir.

Vəzifə öhdəlikləri

Qeydiyyat və inzibati dəstək

Müştəri məmnuniyyətini qiymətləndirmək, təklif və şikayətləri qeydə almaq;

Müştərilərdən əldə olunan məlumatları Excel proqramında sistemləşdirmək və müvafiq məlumat bazasını aparmaq;

Müştəri rəyləri əsasında dövri hesabatlar hazırlamaq və Marketinq şöbəsinə təqdim etmək;

Müştərilərlə ünsiyyət zamanı şirkətin korporativ etik normalarına və xidmət standartlarına riayət etmək

Daxili sənədlərin qəbulu, qeydiyyatı, arxivləşdirilməsi və aidiyyəti şəxslərə çatdırılması;

Korporativ məktubların və kuryer göndərişlərinin qəbulu və yönləndirilməsi;

Daxil olan telefon zənglərinin və e-poçt sorğularının cavablandırılması və müvafiq şəxslərə yönləndirilməsi;

Back-office prosesləri çərçivəsində rəhbərliyə və komandaya inzibati dəstəyin göstərilməsi;

Daxili sistemlərə məlumatların düzgün daxil edilməsi və gündəlik hesabatların hazırlanması;

Resepsiyon əməkdaşının olmadığı hallarda onun vəzifələrini müvəqqəti icra etmək.

Tələblər

  • Ali və ya orta ixtisas təhsili
  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı
  • MS Office proqramlarından, xüsusilə Microsoft Excel-dən istifadə bacarığı
  • Müştərilərlə telefon vasitəsilə peşəkar ünsiyyət qurmaq bacarığı
  • Məlumatların dəqiq qeydiyyatı, sistemləşdirilməsi və hesabatların hazırlanması bacarığı
  • Yüksək təşkilatçılıq, məsuliyyətlilik və detallara diqqət
  • Səliqəli, punktual və nizam-intizamlı olmaq
  • Güclü kommunikasiya və problem həll etmə bacarıqları
  • Komandada işləmək və eyni zamanda bir neçə tapşırığı idarə etmək bacarığı