Məzmuna keçin
Adentta MMC yerləşdirilib

Product Manager – Dijital Stomatoloji Avadanlıqlar

Maaş
1 000 AZN
Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Vəzifə haqqında

Product Manager rəqəmsal stomatoloji avadanlıqların, xüsusilə Panda Scanner intraoral skanerlərinin Azərbaycan bazarında inkişafı, texniki dəstəyi və məhsul təqdimatlarına cavabdeh olacaq.

Vəzifə texniki biliklər, məhsul ekspertizası və satış komandasına dəstək funksiyalarını birləşdirir.

Stomatologiya sahəsində əvvəlki iş təcrübəsi mütləq deyil. Məhsullar və rəqəmsal iş prosesləri üzrə zəruri təlimlər şirkət və istehsalçı tərəfindən təmin ediləcək.

Vəzifə öhdəlikləri

Rəqəmsal stomatoloji avadanlıqların klinikalarda quraşdırılması və istifadəyə verilməsi;

Avadanlıq və proqram təminatı ilə bağlı texniki problemlərin müəyyən edilməsi və həlli;

Müştərilərə texniki dəstəyin göstərilməsi və proqram yeniləmələrinin idarə olunması;

Zəmanət və servis müraciətlərinin istehsalçı ilə koordinasiyası;

Satış komandası ilə birlikdə həkimlər və klinikalarla görüşlərin keçirilməsi;

Məhsulların nümayişi və təqdimatlarının təşkili;

Müştəri rəylərinin və bazardan daxil olan geri bildirişlərin istehsalçıya ötürülməsi;

Satış komandası və müştərilər üçün məhsul təlimlərinin keçirilməsi;

Sərgi, konfrans və digər peşəkar tədbirlərdə məhsulların təqdim edilməsi;

İstehsalçının təşkil etdiyi beynəlxalq təlimlərdə iştirak.

Tələblər

  • Biotibbi mühəndislik, tibbi texnika, elektronika və ya oxşar texniki ixtisas üzrə ali təhsil
  • İngilis dilini sərbəst səviyyədə bilmək (yazılı və şifahi) – mütləqdir
  • Kompüter, texniki avadanlıqlar və proqram təminatı üzrə güclü biliklər
  • Texniki məlumatları sadə və anlaşılan formada izah etmək bacarığı
  • Güclü ünsiyyət və təqdimat bacarıqları
  • Müştərilərlə işləmək və problemləri operativ həll etmək bacarığı
  • Öyrənməyə açıqlıq, məsuliyyətlilik və təşəbbüskarlıq
  • Ölkədaxili və xarici ezamiyyətlərə hazır olmaq

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →