Vakansiya haqqında
Əsas vəzifələr:
Şirkətin mühasibat uçotunun təşkili və ona tam nəzarət;
Aylıq, rüblük və illik vergi və statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
Vergi orqanlarının sorğularının cavablandırılması, kameral uyğunsuzluqların aradan qaldırılması;
Xərc sənədlərinin düzgün rəsmiləşdirilməsinə və 1C-də əks olunmasına nəzarət;
Mühasibat əməkdaşlarının işinin təşkili və nəzarəti;
Audit yoxlamaları üçün lazımi hesabatların hazırlanması;
1C 8.3 (ERP konfiqurasiyası) üzrə problemlərin aşkarlanması və proqram tərəfdaşı ilə birgə həlli.
Tələblər
- İqtisadiyyat, maliyyə və ya mühasibat uçotu üzrə ali təhsil
- Mühasibat uçotu sahəsində ən azı 5 illik təcrübə, o cümlədən ən azı 2 il baş mühasib (və ya müavini) vəzifəsində
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini, mühasibat uçotu standartlarını və statistik hesabatlılıq qaydalarını dərindən bilmək
- ƏDV, mənfəət vergisi, ödəmə mənbəyindən tutulan vergi və icbari dövlət sosial sığorta haqları üzrə hesabatların tam dövrü üzrə müstəqil təcrübə
- E-taxes.gov.az elektron kabinetində və kameral yoxlamalar üzrə iş təcrübəsi
- 1C 8.3 (ERP konfiqurasiyası) proqramında peşəkar səviyyədə işləmək bacarığı
- MS Excel proqramını yüksək səviyyədə bilmək
- Komandanı idarəetmə bacarığı, məsuliyyət və dəqiqlik
- Azərbaycan dili - mükəmməl
Üstünlük hesab olunur
- Rus dili - arzuolunandır
- Regional filialları olan pərakəndə satış, ticarət və ya distribusiya şirkətində təcrübə (mal-material uçotu, inventarizasiya, idxal əməliyyatları)
- Auditorlarla iş təcrübəsi
- MHBS bilikləri, ACCA / DipIFR və ya peşəkar mühasib sertifikatı
Oxşar elanlar
- (Bakı filialları) Kassa xidmətləri üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssisYelo Bank ASC · Bu gün
- Metodologiya şöbəsinin analitikiİcbari Sığorta Bürosu · Bu gün
- Həyat Sığortası satışları üzrə mütəxəssisAteshgah Sigorta · Bu gün
- Layihələrin idarə edilməsi üzrə mütəxəssisTAM STORE · 3 gün əvvəl
- Junior HR AdministratorAzerbaijan SuperMarket · 3 gün əvvəl
- Daxili AuditorMSolution · 3 gün əvvəl