Məzmuna keçin
İcbari Sığorta Bürosu yerləşdirilib

Metodologiya şöbəsinin analitiki

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

  • sığorta növləri ilə əlaqədar qanunvericiliyin və təcrübi işin təkmilləşdirilməsi üzrə təkliflər hazırlayır;
  • sığorta bazarı ilə bağlı beynəlxalq təcrübəni və qabaqcıl yanaşmaları təhlil edir (sığortalanma modeli, bazar şərtləri və s.) və həmin təcrübənin yerli mühitə uyğunlaşdırılması üzrə əsaslandırılmış təkliflər hazırlayır;
  • sığorta bazarı üzrə mövcud trendləri, problemli sahələri və bazar iştirakçılarının davranış dəyişikliklərini mütəmadi təhlil edir və nəticələr barədə analitik arayışlar hazırlayır;
  • qanunvericiliyin tələbləri ilə bazar iştirakçılarının faktiki davranışı arasında uyğunsuzluqları, habelə nəzarət mexanizmlərində boşluqları aşkar edir və aşkar edilmiş boşluqlar üzrə əsaslandırılmış təkliflər hazırlayır;
  • sığorta bazarının məruz qaldığı riskləri təhlil edir, qiymətləndirir və onların aradan qaldırılması üzrə təkliflər verir;
  • normativ və metodoloji dəyişiklik təşəbbüsləri üzrə təklif olunan dəyişikliklərin təsirini təhlil edir;
  • dəyişiklik təşəbbüsləri üzrə alternativ həll ssenarilərini müəyyən edərək müqayisə edir, hər bir ssenari üzrə ölçülə bilən nəticələr və risk matrisi hazırlayır;
  • daxil olan təkliflər və rəylər üzrə analitik arayışlar hazırlayır;
  • səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətlərə baxır, sorğu və məktublara cavab layihələrini hazırlayır;
  • rəhbərliyin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.

Tələblər

  • Ali təhsil və azı 2 il iş stajı (
  • Analitik düşüncə və strateji baxış qabiliyyəti
  • Analitik yazı bacarığı
  • MS Office proqramlarından istifadə bacarığı
  • Excel-də böyük həcmli məlumatlarla işləmək bacarığı
  • Azərbaycan dilini mükəmməl, ingilis və ya rus dilini sərbəst bilmək

Üstünlük hesab olunur

  • Hüquq üzrə təhsil və sığorta sahəsində təcrübəsi olan şəxslərə üstünlük verilir

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →