Məzmuna keçin
Bu elanın müddəti bitib. Səhifə arxivdə qalır. Aşağıda oxşar aktiv elanlar var.Oxşar elanlar
Adore yerləşdirilib

Satıcı-məsləhətçi

Şəhər
Bakı
İş növü
Tam iş günü

Oxşar aktiv elanlar

Bütün Bakı vakansiyaları →

Vakansiya haqqında

Adore mağazalar şəbəkəsi komandasına satıcı-məsləhətçiləri dəvət edir!

Ətirlər və kosmetika dünyasını sevirsinizsə, insanlarla ünsiyyətdən zövq alırsınızsa və əməyinizin nəticəsini qazancınızda görmək istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.

Təkliflərimiz:

5 günlük iş qrafiki: həftədə 2 istirahət günü (növbəli: 10:00-19:00 / 13:00-22:00);

Güclü bonus sistemi: sabit maaş + fərdi satışdan faiz. Bonusun yuxarı həddi yoxdur: qazancınız yalnız sizin nəticənizdən asılıdır;

Əməkdaşlar üçün məhsullara endirim;

Rəsmi əmək müqaviləsi və sosial sığorta;

Məhsul biliyi və satış texnikası üzrə müntəzəm təlimlər, brend treninqləri;

Karyera yüksəlişi imkanı.

Vəzifə öhdəlikləri:

Müştərilərlə əlaqə qurmaq, onların ehtiyaclarını müəyyən etmək və uyğun ətir və kosmetik məhsulların seçilməsində kömək göstərmək;

Məhsulların tərkibi, xüsusiyyətləri və istifadə qaydası barədə peşəkar məsləhət vermək;

Yüksək xidmət standartlarını təmin etmək;

Rəflərdə məhsulların mövcudluğuna və düzülüşünə nəzarət etmək, sifarişlərin hazırlanmasında mağaza rəhbərinə kömək etmək;

Aksiya və kampaniyaların keçirilməsində, satışı stimullaşdıran tədbirlərdə fəal iştirak etmək.

Tələblər

  • Satış sahəsində ən azı 1 il iş təcrübəsi
  • Azərbaycan dilini əla, rus dilini danışıq səviyyəsində bilmək
  • Kosmetika, parfümeriya və dəriyə qulluq trendlərinə maraq
  • Makiyaj bacarıqları
  • Ünsiyyətcillik, aktivlik, məsuliyyət və dəqiqlik
  • Komandada işləmə bacarığı

Üstünlük hesab olunur

  • Kosmetika və parfümeriya satışında təcrübə üstünlükdür
  • İngilis dili bilikləri üstünlükdür
  • Vizajist sertifikatı üstünlükdür