Dealer & Usta Şəbəkəsinin İnkişaf Rəhbəri

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Ustalar və dealer şəbəkəsi üzərindən satışların artırılması, bu istiqamətdə davamlı işləyən sistemin qurulması və “Ustalar Klubu” kimi icma modelinin formalaşdırılması.

Əsas vəzifələr

  • Ustalarla birbaşa əlaqələrin qurulması və inkişaf etdirilməsi
  • Dealer şəbəkəsinin aktiv idarə olunması və genişləndirilməsi
  • “Ustalar Klubu”nun yaradılması və davamlı inkişafı
  • WhatsApp/Telegram qruplarının formalaşdırılması və idarə edilməsi
  • Ustaların mobil tətbiqdən istifadəsinin təşkili və artırılması
  • Ustalar və dealerlər üçün offline görüşlər, təqdimatlar və workshopların təşkili
  • Satışların artırılması üçün kampaniyaların və təşviq mexanizmlərinin hazırlanması
  • Bazarın və müştəri davranışlarının təhlili, rəhbərliyə təkliflərin verilməsi

Tələblər

  • Ustalar və ya dealer şəbəkəsi ilə iş təcrübəsi (mütləqdir)
  • Satış sahəsində minimum 3 il təcrübə
  • Tikinti, texniki məhsullar və ya distribyutor sahəsində təcrübə üstünlükdür
  • Güclü ünsiyyət və münasibət qurma bacarığı
  • Sahə işində aktiv olmaq və mütəmadi görüşlər keçirmək bacarığı
  • Təşəbbüskar, nəticəyönümlü və məsuliyyətli yanaşma
  • Strategiya qurmaq və onu icra etmək bacarığı

Üstünlüklər

  • Ustalar bazasında şəxsi əlaqələrin olması
  • Dealer şəbəkəsi ilə işləmə təcrübəsi
  • İcma (qrup, klub) yaratmaq və idarə etmək təcrübəsi
  • Mobil tətbiqlərlə işləmə təcrübəsi

Təklif edirik

  • Rəqabətədavamlı əmək haqqı + bonus sistemi
  • Sıfırdan layihə qurmaq və real təsir yaratmaq imkanı
  • Dinamik və inkişaf yönümlü iş mühiti
  • Karyera yüksəlişi perspektivi

İş şəraiti

  • İş yeri: 28 May, Süleyman Rüstəm 15 F
  • Iş rejimi: 6 Günlük
  • Əmək haqqı: Müsahibə əsasında

Maraqlanan namizədlərin CV-lərini e-mailin mövzu hissəsində “Dealer & Usta Şəbəkəsinin İnkişaf Rəhbəri” sözlərini qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələrini xahiş edirik.

Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.