İşin təsviri
- Ali təhsil;
- İş təcrübəsi – müvafiq sahə üzrə azı 5 il staj;
- Yaş həddi: 30-40;
- Komandada işləmək və komandanı idarə etmək bacarığı
Vəzifə funksiyaları:
- Baş ofis və filialların təsərrüfat işlərini koordinasiya etmək, mebellə, təsərrüfat inventarları, idarəetmənin texniki vasitələri ilə təmin edilməsi, onların mühafizəsi və vaxtında təmir olunmasına nəzarət;
- Təsərrüfat məqsədləri üçün ayrılmış material və vəsaitin səmərəli işlədilməsinə nəzarət edilməsi;
- Baş ofis və filialların təmir bərpa işlərinin smetasının tərtib edilməsi ve aidiyyatı strukturla razılaşdırılması;
- Təsərrüfat və digər malların qalığına daima nəzarətin edilməsi;
- Şirkətin bütün qeyri-maliyyə aktivlərinin texniki, sanitar və yanğın əleyhinə qaydalara uyğun saxlanılması üçün məsuliyyət daşıyır;
- Rəhbərliyin müəyyən etdiyi müddətlərdə Maliyyə departamenti ilə birgə şirkətin qeyri-maliyyə aktivlərinin inventarizasiyasının aparmasını təşkil edir və həyata keçirir;
- Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsünün düzgün aparılması, fəaliyyətinin əlaqələndirilməsi, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edilməsi;
- Rəhbərliyə vaxtında tələb olunan hesabatları vermək.
Maraqlanan namizədlər cv-lərini vakansiya@glasc.az elektron poçt ünvanına göndərə bilərlər.