Məzmuna keçin
Capital Construction MMC yerləşdirilib

Elektrik montyoru

Maaş
1 000 – 1 200 AZN
Şəhər
Bakı

Vakansiya haqqında

Vəzifə və funksional öhdəliklər:

Tikinti layihələri üzrə elektrik montaj və istismar işlərinin təsdiqlənmiş layihə-smeta sənədlərinə uyğun icrası;

Elektrik sistemləri və avadanlıqlarının texniki istismarına nəzarət edilməsi;

Aşkar edilmiş texniki uyğunsuzluqlar və nasazlıqlar üzrə korrektiv tədbirlərin həyata keçirilməsi;

Elektrik sistemlərin, cihazların və komponentlərin müntəzəm olaraq yoxlanılması, profilaktik baxımın aparılması və təmiri;

Elektrik təhlükələrin və kənarlaşma hallarının müəyyən edilməsi;

Elektrik sistemində mövcud olan nasazlıqların və uyğunsuzluqların aradan qaldırılması;

Müvafiq elektrik cizgilərinin oxunması, cizgilərə uyğun olaraq avadanlıqların və xətlərin müəyyən edilməsi;

Elektrik sistemlərin və avadanlıqların müvafiq ölçmə və sınaq alətləri vasitəsi ilə sınaq edilməsi;

Aşınmış avadanlıqların təmiri və bərpası;

Elektrik avadanlıqların dəyişdirilməsi ilə bağlı təkliflərin hazırlanması;

Elektrik işlər üzrə hesabatların hazırlanması və təqdim edilməsi;

Yeni elektrik avadanlıq və cihazların quraşdırılmasının həyata keçirilməsi;

Layihə rəhbəri və sahə rəisləri ilə koordinasiyalı fəaliyyətin təmin edilməsi.

İş şəraiti:

İş yeri: Bakı şəhəri, Mərdəkan qəs.

İş qrafiki: 6 günlük iş həftəsi;

Əmək haqqı: 1000-1200 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Elektrik montyoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

  • Müvafiq ixtisas üzrə minimum 1-2 il iş təcrübəsi
  • Elektrik sxemləri, layihə çertyojları və texniki normativ sənədlərlə işləmə bacarığı
  • Elektrik təhlükəsizliyi üzrə normativ aktlar və tikinti standartları haqqında biliklər
  • Analitik düşünmə, məsuliyyətlilik və intizamlı iş yanaşması
  • Komandada işləmə və funksional tabelik prinsiplərinə uyğun fəaliyyət bacarığı

Üstünlük hesab olunur

  • Tikinti layihələri üzrə təcrübə üstünlükdür
  • Müvafiq sahə üzrə peşə və ya Ali təhsil arzuolunandır
  • Müvafiq ixtisas sənədi, sertifikat və icazələrin olması üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →