Vakansiya haqqında
İş şəraiti
Daxili Audit departamenti
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
İşin təsviri:
Audit planının hazırlanması barədə departament direktoruna təkliflər vermək;
Audit planına uyğun olaraq bankda nəzarət, risklərin idarə edilməsi sistemlərinin və korporativ idarəetmənin auditini həyata keçirmək;
Normativ-hüquqi aktların və bankdaxili prosedurların icrası vəziyyətini audit etmək;
Audit nəticələri və verilmiş tövsiyələr üzrə hesabatlar tərtib etmək və onların icrasına nəzarəti təmin etmək;
Dələduzluq və sui-istifadə hallarının aşkarlanmasında və araşdırılmasında iştirak etmək;
Daxili Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq standartlar çərçivəsində digər vəzifələri həyata keçirmək;
Bankın daxili qaydaları ilə müəyyən edilmiş öhdəlikləri yerinə yetirmək və tələblərə riayət etmək və s.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Aparıcı/Baş auditor” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.
Tələblər
- Ali təhsil
- Bank auditi, banklarda daxili nəzarət və risklərin idarə edilməsi sahəsində 2-3 illik təcrübə
- Azərbaycan dili - mükəmməl, ingilis və rus dili - yaxşı səviyyədə bilmək
- Audit və daxili nəzarət tapşırıqlarının icra edilməsi üzrə üsul və metodların tətbiqinə dair praktiki bilik və bacarıqlar
- Bank əməliyyatları və biznes proseslər haqqında peşəkar biliklər
- Bank qanunvericiliyi və digər qanuvericilik aktları üzrə biliklər
- Maliyyə hesabatları üzrə təhliletmə bacarığı, mühasibat yazılışları haqqında biliklər
- Avtomatlaşdırılmış Bank İnformasiya sistemindən (ABİS) əldə olunan iri həcmli məlumatlarrı təhlil etmə bacarığı
- Effektiv şifahi və yazılı kommunikasiya qurmaq o, cümlədən audit hesabatlarının və təqdimatlarının hazırlanması üzrə biliklər
- Komandada işləmə bacarığı, təşəbbüskarlq, öz bilik və bacarıqlarını davamlı inkişaf etdirmək istəyinin olması
- MS Office proqramları üzrə (xüsusi ilə Excel) yüksək səviyyəli praktiki bacarıqlar
- Data analitika, Aİ üzrə bilklər
- Beynəlxalq Daxili Audit standartları, Daxili audit etikası üzrə peşəkar biliklər
- Risklərin idarə olunması sistemi (ERM), Nəzarət modelləri (məs,COSO) və Korporativ idarəetmə standartları üzrə peşəkar biliklər
Üstünlük hesab olunur
- SQL üzrə bilik və bacarıqların olması üstünlükdür
- Sertifikatın olması üstünlükdür
- Beynəlxalq dərəcəli sertifikatın olması üstünlükdür
Oxşar elanlar
- AML və Monitorinq şöbəsinin Əməliyyatların monitorinqi istiqamətinin MütəxəssisiPasha Bank · Bu gün
- Layihə koordinatoru (Rəqəmsal məhsulların inkişafı)İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi · Bu gün
- MühasibNatural Meat · Bu gün
- İcma idarəçiliyi üzrə təcrübəçi (Community Management Intern)AQA Şirkətlər Qrupu · Bu gün
- Hesabatlılıq və konsolidasiya şöbəsi-baş mütəxəssis“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti · Bu gün
- Maliyyə üzrə mütəxəssisFoton · Dünən