Vakansiya haqqında
İş şəraiti
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
İşin təsviri:
Biznes və sistem tələblərinin toplanması, analizi və sənədləşdirilməsi;
Yeni məhsul və funksionallıqlar üzrə tələblərin hazırlanması (user story, use case, biznes qaydaları);
Mövcud və hədəf proseslərin modelləşdirilməsi (AS-IS / TO-BE; BPMN və ya oxşar formatda);
End-to-end analiz prosesinin icrası (Senior səviyyə: rəhbərlik və qərarvermə məsuliyyəti ilə);
Funksional həllərin hazırlanması və alternativlərin müqayisəli analizi;
Sistemlərarası inteqrasiyaların təhlili və texniki spesifikasiyalarının hazırlanması (API, data flow, data mapping);
API-lərin test və validasiyası (Postman, Swagger);
UI/UX komandası ilə birlikdə user flow və funksional davranışların formalaşdırılması;
Backlog idarə edilməsi və prioritetləşdirmə prosesinə qoşulma (Product Owner ilə birgə);
QA komandası ilə əməkdaşlıq və UAT/test mərhələlərində iştirak;
Dəyişikliklərin təsir analizinin aparılması və sənədləşdirilməsi;
Stakeholder-lərlə effektiv kommunikasiya və tələblərin razılaşdırılması;
Biznes və texniki sənədlərin hazırlanması (BRD, SRS, API Spec və s.).
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İT Biznes Analitik” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.
Tələblər
- Ali təhsil (İT, Biznes, Kompüter Elmləri və s.)
- İT Biznes Analitik kimi ən azı 2 il iş təcrübəsi
- Proses yönümlü yanaşma (BPMN, UML modelləşdirmə)
- End-to-end analiz aparmaq bacarığı (discovery → delivery mərhələləri arasında)
- API və inteqrasiya analizi üzrə praktiki təcrübə (REST, event-driven yanaşmalar)
- Məlumat axınlarının (data flow, data mapping) modelləşdirilməsi bacarığı
- BPMN, UML və ya oxşar modelləşdirmə alətləri ilə işləmə təcrübəsi
- Qeyri-funksional tələblərin müəyyənləşdirilməsi (performans, təhlükəsizlik, scalability və s.)
- Requirement lifecycle və traceability üzrə bilik (RTM və ya oxşar yanaşma)
- Agile/Scrum və ya Waterfall metodologiyaları üzrə biliklər
- İngilis dili biliyi (yaxşı səviyyədə)
Üstünlük hesab olunur
- SQL biliyi və məlumatların yoxlanması bacarığı (üstünlükdür)
Oxşar elanlar
- AML və Monitorinq şöbəsinin Əməliyyatların monitorinqi istiqamətinin MütəxəssisiPasha Bank · Bu gün
- Layihə koordinatoru (Rəqəmsal məhsulların inkişafı)İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi · Bu gün
- MühasibNatural Meat · Bu gün
- İcma idarəçiliyi üzrə təcrübəçi (Community Management Intern)AQA Şirkətlər Qrupu · Bu gün
- Hesabatlılıq və konsolidasiya şöbəsi-baş mütəxəssis“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti · Bu gün
- Maliyyə üzrə mütəxəssisFoton · Dünən