Məzmuna keçin
AGA Group yerləşdirilib

Smeta və layihə mütəxəssisi

Maaş
1 200 AZN
Şəhər
Bakı

Vakansiya haqqında

AQA Şirkətlər Qrupu " Smeta və layihə mütəxəssisi " vakansiyasını elan edir:

Vəzifə öhdəlikləri:

Gündəlik daxil olan sifarişlərin təyinatı üzrə yoxlanılması;

Hazırlanmış layihələr haqqında məlumatların toplanması və analiz edilməsi;

Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərini etmək;

Material sərfini və tikinti-quraşdırma, təmir və digər işlərinin həcminin yoxlanılmasını təmin etmək;

Layihəyə dair aylıq texniki hesabatları tərtib etmək (xərc analizi) və hesabatlarla (material, texniki, aktlar) işləməyi bacarmaq;

Smeta əsasında yazılan sifarişlərin toplamının smeta ilə üzləşdirilməsi;

Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;

Söküntüyə nəzarət edilməsi, yararlı malların daşınması üçün aktın tərtib edilməsinə nəzarət edilməsi;

Anbarların mütəmadi reviziyasının həyata keçirilməsi;

Sifarişdən kənar alınan malların aşkar edilməsi;

Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqların yerinə yetirilməsi.

Tələblər

  • Ali təhsil (İnşaat mühəndisi ixtisası üzrə)
  • Kompüter bilikləri: MS Office proqramları,
  • Dil bilikləri: Azərbaycan dili
  • İş təcrübəsi: Müvafiq sahədə 1 ildən az olmayaraq iş stajı
  • Layihə smeta işlərinin hazırlanması üçün hüquqi-normativ sənədlərlə işləmək bacarığı
  • Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını, müvafiq qanunvericilik aktları və normalarını bilmək
  • Punktual və ünsiyyətcil olması
  • Analitik düşüncə bacarığı
  • Ünsiyyət və komandada işləmək bacarıqları
  • İşinə məsuliyyətli və dəqiq yanaşmalı
  • Təşkilatçılıq bacarıqlarına malik olmalı
  • Detallara diqqət yetirməyi bacarmalı

Üstünlük hesab olunur

  • AutoCAD və digər proqram bilikləri əlavə üstünlük hesab olunur
  • Digər dil bilikləri əlavə üstünlük hesab olunur
  • Bəy namizədlərə üstünlük verilir

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →